Sorğu

Kürdüstan referendumundan nə gözlənilir?

İraqın bölünməsi
Vətəndaş müharibəsi
Nəticəsiz qalacaq
Referendum keçirilməyəcək

Xəbər Lenti

İnfografika

Arxiv

07 Mart

2017
14:09
4331
`Magistraturaya keçirilən imtahanın nəticələri iki il istifadə olunacaq`

"Gələn ildən magistratura səviyyəsinə keçirilən imtahanın nəticələri iki il istifadə olunacaq".


"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

O bildirib ki, hazırda rus bölməsinin abituriyentlərinin verdiyi Azərbaycan dili imtahan nəticəsi iki il istifadə olunur: "Bu ilki və gələn ilki qəbul imtahanları hələ ki, bir qaydada davam edəcək. Amma iki ildən sonra ölkədə kurikulumla tədris alan uşaqlar 11-ci sinifə gələcəyi üçün, çalışacağıq ki, iki ilə yeni modelləri işləyəcəyik. Yeni modellərə əsasən bir imtahanın nəticəsi iki il istifadə oluna biləcək. Gələn il isə artıq bunu magistratura səviyyəsində tətbiq edəcəyik. Artıq yeni qərarlar qəbul olunduğu üçün, biz hər bir imtahanın nəticəsinin iki il istifadə olunması istiqamətində işlərə başlaya bilərik. İmtahan nəticələrinin iki il istifadə olunduğu təqdirdə qiymətlər abituriyentlərə elə də yüksək görünməyəcək".
Sədr xatırladıb ki, bu il Dövlət İmtahan Mərkəzinə legitim hüququ mühitinin yaradılması üçün bir sıra qərarlar qəbul olundu: "Qərarlar qəbul olunmadığı üçün, dekabr, yanvar və fevral aylarında biz fəaliyyətimizi davam etdirə bilmirdik. İndi də dövlət qulluğu ilə bağlı müəyyən qərarları gözləyirik ki, tam fəaliyyətə başlaya bilək".

Şərhlər
Sebine Memmedzade tərəfindən 07-03-2017 11:58:20 tarixində yazıldı
9X
yeni tutaq ki imtahan verib 1 ci turdan kecmisen 2 den kesilmisen. bu 2 il quvvede qalir deye gelen il 1 ci turu yox birbaüa 2 ye imtahan verirsen. onda da kesilsen uje ondan sonraki il yene 2 turdan kecmelisen qiymetlere gore indi buna kececekler deyesen. nece ki rus bolmelerine azerbaycan dilinden imtahan bu cur tetbiq edilir. duz baüa duümusem buna da şukur qiymetler deyişilmese hec olmasa bele bir şey olsa belke bizi yandirmaz. bele bir şey eşitmişdim men amma inanmirdim ki tetbiq edeler. Bilmirem day duz başa duşmuşem yoxsa yox :)
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru