Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Mart

2018
09:32
2737
`Əli İnsanov və İlqar Məmmədov əfv olunacaq`

“Əli İnsanov da, İlqar Məmmədov da həbsdən buraxılacaq”.

FaktXəbər-in məlumatına görə, bunu “Yeni Müsavat”a açıqlamasında İnsan Haqları üzrə Birgə İşçi Qrupunun üzvü Novella Cəfəroğlu deyib. O bildirib: “Biz istəyirik ki, 2019-cu ilə siyasi məhbuslarsız gedək. Buna çox ümid edirik. Əli İnsanovun da əfvə düşmə şansları var”.

Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev isə bildirib ki, kimin əfvə düşüb-düşməməsi ölkə başçısından asılıdır: “Burada müxtəlif QHT-lər, hüquq müdafiəçiləri, eyni zamanda ayrı-ayrı şəxslər məhkumlarla bağlı müraciət edə bilərlər. Amma əfvlə bağlı qərar qəbuletmə hüququ cənab prezidentə məxsusdur. Bu baxımdan əvvəlcədən kiminsə əfv olunub-olunmayacağını deyə bilmərik”.

Məqalədə : Novella Cəfəroğlu 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-06-2018 14:46



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com