Xəbər Lenti

Sorğu

Arxiv

İnfografika

15 Mart

2017
09:35
310
"Lester" və "Yuventus" 1/4 finala yüksəldi - VİDEO

Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunları davam edir.

Qol.az-ın məlumatına görə, bu gün 1/4 finalın daha iki iştirakçısının adı məlum olub.

İtaliya çempionu "Yuventus" öz meydanında "Portu"nu qəbul edib. Portuqaliyada keçirilən ilk oyunda 2:0 hesabı ilə qalib gələn Turin təmsilçisi bu dəfə rəqibindən üstün olub. Rəqibini 1:0 hesabı ilə məğlub edən italyanlar növbəti mərhələyə yüksəlib.

Digər görüş İngiltərədə keçirilib. Premyer Liqanın son qalibi "Lester" öz meydanında "Sevilya"nı sınağa çəkib. İspaniyada keçirilən ilk görüşdə meydan sahibləri 2:1 hesablı qələbə qazandığından komandaların şansları bərabər qiymətləndirilirdi. Son vaxtlar inamlı oyunu ilə diqqət çəkən "Lester" bu uğurun davamını "Sevilya" ilə oyunda da gətirib. "Tülkülər" iki cavabsız qolla 1/4 finala adlayıb. Bu, ilk dəfə ÇL-də iştirak edən komanda üçün tarixi uğurdur.

14 mart

Çempionlar Liqası  

1/8 final mərhələsi, cavab oyunları

23:45. “Yuventus” (İtaliya) - “Portu” (Portuqaliya) - 1:0
Qol: Dibala, 42-pen.
İlk oyun - 2:0
Qırmızı vərəqə: Perreyra, 40 ("Portu")

23:45. “Lester” (İngiltərə) - “Sevilya” (İspaniya) - 2:0
Qol: Morqan, 27 (1:0), Olbrayton, 54 (2:0)
İlk oyun - 1:2

15 mart

23:45. “Monako” (Fransa) - “Mançester Siti” (İngiltərə)
İlk oyun - 3:5

23:45. “Atletiko” (İspaniya) - “Bayer Leverkuzen” (Almaniya)
İlk oyun - 4:2

8 mart

“Barselona” (İspaniya) - PSJ (Fransa) 6:1
İlk oyun - 0:4

“Borussiya” (Dortmund, Almaniya) - “Benfika” (Portuqaliya) 4:0
İlk oyun - 0:1

7 mart

“Arsenal” (İngiltərə) - “Bavariya” (Almaniya) - 1:5
İlk oyun - 1:5

“Napoli” (İtaliya) - “Real” (İspaniya) - 1:3
İlk oyun - 1:3


Orphus system Mətndə orfoqrafik səhv aşkar etdinizsə, həmin hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com