Tarix:14-03-2017 10:41
"Hücum edən şəbəkədə Azərbaycanın bir neçə hökumət qurumu var idi..."
Şərh yaz

Media hüquqçusu Ələsgər Məmmədli: “Məhkəmə mübahisəsi aparmadan, sadəcə, icra orqanının mülahizəsi ilə hər hansı məlumatın yayılıb-yayılmaması haqda qərarın verilməsi ifadə azadlığına, internet azadlığına önləyici müdaxilədir, məhdudlaşdırıcı addımdır. Bu məhdudlaşdırıcı addım internet azadlığına təhdid kimi qiymətləndiriləcək”

Amnesty International və VirtualRoad.org saytı son hesabatlarında Azərbaycanda siyasi fəallara, ayrı-ayrı saytlara kiberhücumlardan yazır.

VirtualRoad.org bildirir ki, son aylarda abzas.net, cumhuriyyet.net və azadliq.info saytlarına eyni mənbədən hücumlar ediblər. “İzlər göstərir ki, bu saytlara eyni IP ünvandan hücum edilib. Həmin IP şəbəkədə isə Azərbaycanın bir neçə hökumət qurumu var: Azərbaycan Xarici İşlər Nazirliyi ([email protected]), Nazirlər Kabinetinin poçt serveri (mail.cabmin.gov.az@ 85.132.24.82), Nəqliyyat nazirliyinin poçt serveri ([email protected])”. Hesabatda belə deyilir.

Media hüququ eksperti Ələsgər Məmmədli AzadlıqRadiosu-na müsahibədə sözügedən hesabatı dəyərləndirib:

– Hesabatda deyilirdi ki, bununla bağlı hökumətin mövqeyini almağa çalışıblar, ancaq hökumət də ona hər hansı müraciət olmadığını, məsələnin araşdırılmadığını bildirib. Konkret məndə də belə bir müdaxiləylə, onun araşdırılması ilə bağlı fakt və ya nəticə yoxdur. Amma müdaxilə ilə bağlı sosial şəbəkələrdə çox geniş informasiyalar paylaşılır. Bu, əlbəttə, düşündürücüdür ki, konkret fərdlərə kiberhücumlar edilir, xüsusən onlar aktiv şəkildə ictimai-siyasi fəaliyyət göstərən şəxslərdirsə. Bununla bağlı son addımlar da göstərir ki, rəsmi qurumlar narahatdır. Məhz buna görə də parlamentdə informasiyalaşma, informasiyanın təhlükəsizliyi və telekommunikasiya haqda qanuna dəyişikliklər çox sürətlə müzakirəyə çıxarıldı və qəbul edildi. Doğrusu, bunu hökumətin bu istiqamətdə narahatlıq keçirməsinin, internet azadlığının bundan sonra məhdudlaşdırmaq niyyətində olmasının göstəricisi kimi də qiymətləndirmək olar. Ayrıca, bu dəyişiklik həmin hesabata düşən məqamların həqiqətən də dünənədək kimləri narahat etdiyini və qəbul edilən qanundan sonra bu kimlərin arxasında artıq hökumətin özünün durduğu qənaətinə gəlməyə imkan verir.

– Hesabatda saytlara, siyasi fəallara hücumlardan danışılır. Sizcə, son dəyişikliklər başlanmış prosesin, yəni internet məkanı sıxışdırmaq cəhdlərinin davamıdır?

– Mən bu dəyişiklikləri mənfi qiymətləndirirəm. Birincisi, bu dəyişikliklərin predmeti bu qanunlar deyildi. Ümumiyyətlə, bu dəyişikliyə ehtiyac yox idi. Azərbaycanda KİV haqqında, teleradioyayımı haqqında və başqa qanunlar mövzu tənzimlənməsini həyata keçirirdi, nəyə görə məsuliyyət olub, nəyə görə olunmayacağını müəyyənləşdirirdi. Bu sahədə ciddi boşluq yox idi.

– O zaman səbəb nəydi?

– Sadəcə, Azərbaycan qanunvericiliyinə, Konstitusiyanın 50-ci maddəsinə görə senzura qadağandır. Bir internet resursunu bloklamaq, ona girişə məhdudiyyət qoymaq həm də senzuradır. İndiki qanun 50-ci maddənin qadağan etdiyi normanı gətirir. 8 saat içində hansısa internet resursdan icra orqanının nəzərdə tutduğu məlumat çıxarılmasa, giriş qapadılacaq. Yəni həmin məlumat hüquqi mübahisə predmeti olmadan, birbaşa müvafiq icra orqanının mülahizəsi əsasında, məhkəmə qərarı çıxarılmadan 8 saatın içində sayt bağlana, bloklana bilər. Əlbəttə, bunun birbaşa adı senzuradır. Məhkəmə mübahisəsi aparmadan, sadəcə, icra orqanının mülahizəsi ilə hər hansı məlumatın yayılıb-yayılmaması haqda qərarın verilməsi ifadə azadlığına, internet azadlığına önləyici müdaxilədir, məhdudlaşdırıcı addımdır. Bu məhdudlaşdırıcı addım internet azadlığına təhdid kimi qiymətləndiriləcək. Son dəyişikliklər “az” domeninin inkişafına da öldürücü zərbə vuracaq. Onsuz da bu domen az inkişaf edən resurs idi və Azərbaycanda informasiya resursları, əsasən, başqa domenlərdə otururdular. Bu dəyişikliklərdən sonra informasiya resursları digər domenə daşınacaq. Bu həm də milli internet kontentinin inkişafına mənfi təsir göstərən dəyişiklik oldu.

– Yəni sizcə, təhlükəsizliyini təmin etmək istəyən hər kəs başqa domenə köçəcək?

– Birmənalı şəkildə. Ağlı başında olan hər kəs. Artıq “az” domenində heç kim etibarlı iş qura bilməyəcək, etibarlı şəkildə müştəri tapa bilməyəcək. Bu aspektdən hesab etmirəm ki, internet resursları özlərini “az” domenində daim təhlükəsiz hiss etsin. Çox təəssüf. İki saatın içində 700 işçisi olan ANS televiziyasını bağladıqları kimi, istədikləri vaxt hər hansı internet resursu da bağlaya biləcəklər. Həmin resurs illərlə topladığı bəlkə milyonlarla IP-ni bir saatın içində itirə biləcək. Belə bir ehtimal var. Buna görə də mütləq hamı alternativi düşünəcək.

– Həmin parlament müzakirələrində deputat Siyavuş Novruzov sosial şəbəkələrdə şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçməyi təklif etdi. Sizcə, bu təklifin gerçək olma ehtimalı nə qədərdir?

– Bu, əslində, həmin millət vəkillərinin ifadə azadlığına yanaşmasını göstərir. Bu təklifi qeyri-ciddi sayıram, reallaşma imkanlarının da praktik baxımdan mümkünsüz olduğunu düşünürəm. Amma digər yandan üzücü amildir ki, 40-50 min insanın təmsilçisi kimi ora gedən (ən azı, elə görünən) biri bütün çıxışlarında çox diqqətli olmalı, ifadələrini ölkənin qoşulduğu beynəlxalq konvensiyalara, ölkənin seçdiyi inkişaf konsepsiyasına, xarici siyasətə, inteqrasiya etmək istədiyi toplumlara uyğun qurmalıdır. İndiki halda sosial şəbəkənin gerçək mahiyyətini dərk etmədən, düşünürsə ki bunu şəxsiyyət vəsiqəsiylə tənzimləmək olar, - bu, həmin insanın məsələyə yanaşmasının nə qədər dar olduğunu göstərir, seçicilərini isə xəyal qırıqlığına uğradır. Düşünürəm ki, həmin təklif reallaşmayacaq. Bu, ən son addım ola bilər.

– Sizcə, kiberhücumlardan necə qorunmaq olar? Özünüz belə hücumlara məruz qalmısınız?

– Mən 24 ildir internetdən istifadə edirəm. İnternet təhlükəsizliyini müəyyən standartlarda qurmağa cəhd edirəm, lisenziyalı proqramlardan yararlanıram, tanımadığım proqramlardan istifadə etmirəm və s. Bu baxımdan hər hansı hücuma məruz qalmamışam. Amma zaman-zaman paroluma giriş istəklərinə dair mənə istəklər gəlib. Bunlar bəsit cəhdlərdir, düşünülmüş addım da saymıram bunları. Bəlkə təsadüfdür, bəlkə də sınayırlar. Amma ətrafımızda insanlar, xüsusən tənqidi media belə hücumlara tez-tez tuş gəlir. Elə AzadlıqRadiosu-nun saytı, Meydan TV-nin, “Azadlıq” qəzetinin saytı bu cür hücumlara məruz qalırlar.

– Bundan necə sığortalanmaq olar?

– Bundan qorunmağın yolu yoxdur. Hətta Pentaqonun saytı hücumlara məruz qalır. Ancaq yenə də hökmən fərdi təhlükəsizliyi yüksək səviyyədə qurmaq, lisenziyasız proqramlara meyl etməmək, sistemli yeniləmələr aparmaq lazımdır. Bu, müəyyən mənada kömək edə bilər.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
İmza : T.
Teqlər :
"Hücum - edən - şəbəkədə - Azərbaycanın - bir - neçə - hökumət - qurumu - var - idi..." -
Paylaş :
Mail Yazdır Şərh yaz 0 dəfə şərh edilib
Tarix:14-03-2017 10:41 - Oxundu: 101
Siyasət
21-03-2017 12:23 Rusiyalı diplomatlar Aleksandr Lapşinlə həbsxanada görüşüblər
18-03-2017 15:02 "Ermənistan nə qədər tez anlasa, onlar üçün də o qədər yaxşı olacaq"
17-03-2017 22:39 Milli Məclis hökumətin hesabatını qəbul edib
17-03-2017 12:30 Baş nazir: "Beynəlxalq Bankın keçmiş rəhbəri Azərbaycanı daha pis vəziyyətə salıb"
16-03-2017 10:56 "Çətinliklərin öhdəsindən gəldik, bu il iqtisadi artım olacaq”
15-03-2017 15:40 "Ermənistanın şərt qoyması danışıqların pozulması, boykot və şantajdır"
15-03-2017 09:06 Azərbaycan və Fransa prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
14-03-2017 16:32 İlham Əliyevin Fransaya rəsmi səfəri başlayıb
14-03-2017 12:20 Rusiya Qarabağ münaqişəsində ehtiyatlı mövqe tutur - Maksim Şevçenko
14-03-2017 11:57 Sabah Bakıda AŞPA-nın komitə iclası keçiriləcək
14-03-2017 10:57 Azərbaycan pasportu ilə daha çox ölkəyə vizasız getmək olacaq
14-03-2017 10:41 "Hücum edən şəbəkədə Azərbaycanın bir neçə hökumət qurumu var idi..."
13-03-2017 15:37 "Vitse-prezidentlərlə bağlı qanun qəbul ediləcək"
13-03-2017 14:00 Gürcüstan səfirliyi Batumidə baş verənlərlə bağlı bəyanat yayıb
11-03-2017 10:33 Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul edib
10-03-2017 21:29 Türkiyə-Rusiya-Azərbaycan ittifaqının yaradılması müzakirə olunub
10-03-2017 20:59 AİP Baş Məclisinin növbəti iclası keçirilib - VİDEO
10-03-2017 13:20 MM-də təklif: Sosial şəbəkələrdə şərh yazmaq şəxsiyyət vəsiqəsi ilə olsun
10-03-2017 10:29 Polşanın baş naziri Avropa Birliyinə qarşı çıxdı
09-03-2017 11:30 AŞPA-nın münaqişələr üzrə alt komitəsinin sədri seçilib
07-03-2017 16:17 Həmsədrlərin Azərbaycana səfərinin vaxtı açıqlanıb
07-03-2017 15:55 Azərbaycanın xarici işlər naziri: "Ermənistanla danışıqlar dayanıb"
07-03-2017 14:45 Elmar Məmmədyarov Dmitri Roqozinlə görüşüb
07-03-2017 13:51 Zahid Oruc Ombudsmanın məruzəsini "SOVET ÜSLUBU" adlandırdı
07-03-2017 13:59 Mehriban Əliyeva Milli Məclisdə çıxış edib
06-03-2017 16:47 Bu erməni Bakıda şirkət açıb pul qazanmaq istəyir
06-03-2017 15:50 Mehriban Əliyevanın deputat səlahiyyətlərinə xitam verilib
06-03-2017 15:10 Rusiya Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqların səviyyəsindən razıdır
06-03-2017 14:53 Azərbaycan və Rusiya arasında yeni saziş imzalanıb
06-03-2017 12:55 "Mehman Hüseynovun cinayəti tam təsdiqini tapıb" - ƏLİ HƏSƏNOV
06-03-2017 12:11 İlham Əliyev Böyük Britaniyanın xarici işlər nazirinin müavinini qəbul edib
06-03-2017 08:37 Azərbaycan Prezidenti İranada rəsmi səfərdə olub
03-03-2017 10:51 Avropa İttifaqının səfiri cəbhədə baş verənlərə münasibət bildirib
02-03-2017 10:14 “Artur Rasi-zadə vəzifəsi ilə vidalaşmalı olacaq”
01-03-2017 22:11 “Ermənistan qətnamələrə əməl etməli və ya sanksiyalara məruz qalmalıdır”
01-03-2017 16:43 İşğala, Terrora və Əsassız İddialara qarşı Beynəlxalq Forumun toplantısı keçirilib
01-03-2017 15:18 "Siyasi partiyalar haqqında" qanun dəyişir - ONLAR ÜZV OLA BİLMƏYƏCƏK
28-02-2017 14:31 Azərbaycan prezidenti Pakistana səfər edib
28-02-2017 11:22 MSK-ya cəmi 4 partiya maliyyə hesabatını təqdim edib - SİYAHI
27-02-2017 16:33 Əfv Komissiyası sabah yenidən toplanacaq
27-02-2017 14:24 Azərbaycan-Qətər sənədləri imzalanıb
25-02-2017 16:52 Nazir: "Xudafərin kəndi ermənilər tərəfindən tamamilə dağıdılıb"
24-02-2017 14:52 İsa Qəmbər və Arif Hacılı prokurorluğa çağırılıb
24-02-2017 14:13 Zeynəb Xanlarovadan döyüş çağırışı: Gəlin müharibə edək...
24-02-2017 14:10 Elmar Məmmədyarov mart ayında Rusiyaya səfər edəcək
24-02-2017 11:35 Azərbaycan və İran tranzit xərclərinin endirilməsinə dair razılığa gəlib
24-02-2017 10:06 Avropa Parlamentinin deputatından Qarabağ barədə həyasız açıqlama
23-02-2017 21:26 “Qaçqın” statusu verilməsi ilə bağlı qaydaya dəyişikliklər olundu
23-02-2017 11:22 Avtomobili olmayan cəbhəçi radara necə düşüb?
23-02-2017 10:34 Gürcüstan prezidenti Azərbaycana gələcək
23-02-2017 10:35 “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının üçüncü toplantısı işə başlayıb
23-02-2017 10:19 XİN Xocalı soyqırımını ilə əlaqədar bəyanat yayıb
22-02-2017 20:42 Vasif Talıbov sabah Azərbaycanın vitse-prezidenti elan ediləcək
21-02-2017 20:47 Türkiyə və Azərbaycan prezidentləri arasında telefon danışığı olub
21-02-2017 14:36 Ermənistanın Azərbaycana vurduğu zərərlərin yekun məbləği açıqlandı - CƏDVƏL
21-02-2017 14:12 Birinci vitse-prezidentin bu səlahiyyətləri var
21-02-2017 10:43 ABŞ konqresmeni Xocalı soyqırımını pisləyib
21-02-2017 10:10 Nazir: Türkiyə Azərbaycana gömrük güzəştləri təqdim edəcək
20-02-2017 09:48 Eldar Mahmudov qohumunun qisasını necə aldı? - Milyonluq villa əməliyyatı
20-02-2017 09:23 Rusiya və ABŞ Ermənistana təzyiq göstərməlidir - Prezident

Xəbər Lenti
Bu gün ən çox oxunanlar

Mayorun maşını Bakı-Sumqayıt şossesində körpüyə çırpıldı - FOTO
23-03-2017 13:57
Səddamı mühakimə edən MKİ agenti illər sonra etiraf etdi
23-03-2017 14:35
Gəncədə tələbə qız pulsuz təhsil üçün atasından imtina edir - VİDEO
23-03-2017 12:48
Votsapda 4 YENİ FUNKSİYA
23-03-2017 13:49
Mayamidə tenis oyunu kərtənkələyə görə dayandırılıb - VİDEO
23-03-2017 11:41
Türk müğənni Atilla Taşın həbsinə səbəb olan sübut mediaya sızdı - FOTO
23-03-2017 16:42
Ağ Evə hasardan daxil olmaq istəyən qadın ayaqqabısından asılı qalıb
23-03-2017 13:03
Ukraynada hərbi anbar yanır, sursatlar partlayır - VİDEO
23-03-2017 11:21
Rusiyanın axtarışa verdiyi keçmiş deputat Ukraynada öldürülüb - FOTO
23-03-2017 15:33
Bayram günlərinin yol-nəqliyyat hadisələri statistikası
23-03-2017 15:05
Sorğu
Səs ver Nəticələr

Ölkə Siyasət
Dünya Münasibət
Hüquq İqtisadiyyat
Hərb Təhsil
Araşdırma Analiz
Hadisə, Kriminal Top Secret
İdman Maraq Dünyası
Mənəviyat Ailə-Uşaq
Sağlamlıq Foto
Tarix Video
Texnologiya Mədəniyət
Reportaj Vətən uğrunda
Рейтинг@Mail.ru ® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Firefox 3.6+, GoogleCrome10+, Opera 9+, Macromedia Flash, 1360 x 768

Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


Rss - Saytın Xəritəsi - Dizayn : AA Design

Faktxeber.az