Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

04 May

2017
12:12
6642
`Hazırlığa getməyə ehtiyac duymamışam` - 700 bal toplayan Səbinə

"Hazırlığa getməyə ehtiyac duymamışam" - 700 bal toplayan Səbinə

Dövlət İmtahan Mərkəzi aprelin 30-da ali təhsil müəssisələrinə II və III ixtisas qrupları üzrə keçirdiyi qəbul imtahanının nəticələrini açıqlayıb. İmtahanda II ixtisas qrupu üzrə 2 abituriyent (Ağcabədi şəhəri, 3 saylı məktəb-lisey və Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin məzunları), III ixtisas qrupu üzrə isə 1 abituriyent (Bakı şəhəri, Zərifə Əliyeva adına liseyin məzunu) onlara təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimum nəticə - 700 bal toplayıb.

FaktXəbər-in məlumatına görə, bakupost.az-ın əməkdaşı Zərifə Əliyeva adına liseyin məzunu Səbinə İsmayılova ilə əlaqə saxlayıb. O deyib ki, daha çox prezident təqaüdünə düşəcəyini gözləyirmiş: "Əslində, 700 balı yığacağımı gözləmirdim. Amma prezident təqaüdünə düşməyi arzulayırdım.

Hazırlıqlara bu il getmişəm. Müəllimlərin səyi nəticəsində hazırlığa getməyə ehtiyac duymamışam. Sadəcə, 11-ci sinifdə abituriyent olduğum üçün hazırlıqlara getdim.

Hələ ki, hansı universiteti seçəcəyimlə bağlı qərar verməmişəm. Amma seçimim, ya Bakı Dövlət Universiteti, ya da Prezident yanında Dövlət İdarəçilik Akademiyası olacaq".

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru