Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

24 Fevral

2017
14:29
644
`Görmüşük də Prosineçkinin oyun fəlsəfəsini!`

Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçkinin Nizami Hacıyevi nöbəti yığmaya çağırmayacağını açıqlaması ciddi müzakirə mövzusuna çevrilib.

Bununla bağlı danışan "İnter"in futbolçusu kəskin etirazını bildirib. O, "Futbol+" qəzetinə açıqlamasında ehtiyatda qalan futbolçuların milliyə dəvət aldığını aparıcı oyunçuların isə kənar qaldığını deyib:

"Əsəbimdən gözümə yuxu da getmir. Necə yəni Nizami oyun fəlsəfəmə uyğun deyil. Görəsən, Prosineçkinin fəlsəfəsi nədən ibarətdir ki, "İnter"in aparıcı oyunçusu onu anlamır? Bəlkə yığmaya çağırılan o biri futbolçular meydanda düz, mən isə dal-dala qaçıram. Və yaxud onlar pası ayaqla, mən isə əllə verirəm? Vallah, ayıbdı. Sən məni çağır, tapşırığını ver. Bacarmasam, de ki, Nizamidən istədiyimi ala bilmədim və buna görə də yığmaya dəvət etmirəm. Mənim kimi klubunun aparıcı oyunçusu qalıb kənarda, ehtiyatda oturanlar milliyə dəvət alır. Görmüşük də sənin oyun fəlsəfəni! Mən nə edim ki, o tərəflərlə əlaqəmiz olmayıb. Olsaydı, günü bu gün Dağıstan və ya Almaniya pasportu alardım".

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru