Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

16 Mart

2017
10:00
437
"Fitch": Bu il Azərbaycanda banklarının reytinq proqnozu neqativ olacaq

Milli valyutanın devalvasiyasının Azərbaycan banklarına yaratdığı çətinliklər, aktivlərin keyfiyyətinin zəif olması səbəbindən bankların davamlı olaraq kapital çatışmazlığı ilə üzləşməsi, yüksək dollarlaşma və valyuta uyğunsuzluğu prosesi davam edir.  Bu barədə "Fitch" beynəlxalq reytinq agentliyinin bu gün Bakıda keçirilən VI illik konfransında məlumat verilib.

Agentliyin mütəxəssisləri hesab edir ki, 2017-ci ildə bank sektorunun itkiləri davam edəcək və Azərbaycanın bir çox bankları üçün reytinq proqnozu neqativ olacaq.

"2016-cı ilin sonuna ölkədə qeyri-işlək aktivlərinin həcmi ümumi kredit portfelinin 21%-nə çatıb. Halbuki, bu göstərici 2015-ci ildə 12% təşkil edib. Biz xarici valyutada olan kreditlərin 2017-ci ildə də böyük təzyiq yaradacağını planlaşdırırıq. Bundan başqa, bu il kredit portfelinin 5% azalacağını proqnozlaşdırırıq. Aktivlərin keyfiyyətinin aşağı olması və xarici valyuta riskləri səbəbindən yaranan kapital çatışmazlığı 2017-ci ildə bir çox banklara mənfi təsir edəcək və sektorda sağlamlaşdırma tədbirləri görüləcək", - deyə məlumatda vurğulanıb.

Система Orphus Mətndə orfoqrafik səhv aşkar etdinizsə, həmin hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru