Tarix:15-03-2017 15:40
"Ermənistanın şərt qoyması danışıqların pozulması, boykot və şantajdır"
Şərh yaz

FaktXəbər-in verdiyi məlumata görə, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin APA-ya müsahibə verib. Müsahibəni sizlərə təqdim edirik:
 
- Ermənistan prezidenti Serj Sarkisyan İspaniyanın EFE agentliyinə müsahibəsində substantiv danışıqlara başlamaq üçün şərt qoyur və bunun üçün insidentlərin araşdırılması mexanizminin yaradılmalı olduğunu deyir. Bu, Ermənistan tərəfindən danışıqların boykot edilməsi deyilmi?
 
- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə substantiv danışıqlara başlamağa Ermənistan tərəfindən dövlət başçısı səviyyəsində qeyd-şərtin qoyulması qəsdən danışıqların pozulması, boykot və şantaj deməkdir. Danışıqlara başlamaq üçün hər hansı şərtin irəli sürülməsi qəbuledilməzdir və ümumiyyətlə, münaqişənin həlli üzrə bütün baza sənədlərinin mahiyyətinə və ruhuna ziddir. Artıq 2016-cı ilin iyun ayından Ermənistan bütün görüşlərdən qaçır. Ermənistan xarici işlər naziri açıq şəkildə Hamburq və Münxendə öz iştirakını yalnız ATƏT-in Minsk qrupunun həmsədrlərinn iki ölkənin xarici işlər naziri üçün təşkil etdiyi şam yeməyi ilə məhdudlaşdırdı.
 
Prezidentlərin Vyana və Sankt-Peterburq görüşlərində müzakirə olunan məsələlərin mahiyyəti ondan ibarətdir ki, insidentlərin araşdırılması mexanizmi, humanitar məsələlər və münaqişəsinin həlli üzrə substantiv danışıqlar paralel və sinxron şəkildə aparılmalıdır. Substantiv danışıqların əsas elementi olaraq mövcud status kvo dəyişdirilməli və Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən mərhələli şəkildə çıxarılması təmin edilməlidir. Bu proses çərçivəsində insidentlərin araşdırılması mexanizmi kimi texniki-köməkçi məsələ də nəzərdən keçirilə bilər.
 
ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən verilən son açıqlamalarda, həmçinin BMT baş katibinin 27 fevral 2017-ci il tarixili bəyanatında münaqişənin sülh yolu ilə həlli üçün təxirəsalınmadan substantiv danışıqlara başlamağa çağırış edilsə də, Ermənistan bundan imtina edir. Hətta nəinki imtina edir, dövlət başçısı səviyyəsində şərt qoyaraq, bütün sülh prosesini təhdid və şantaj etməklə məşğuldur.
 
- Ermənistan substantiv danışıqlardan imtina etməklə nə kimi məqsəd güdür?  
 
- Ermənistanın substantiv danışıqlara getməkdən imtina etməsi davamlı şəkildə siyasi-hərbi təxribatlar və hərbi avantüra, Ermənistanın siyasi-hərbi rəhbərliyinin müharibə çağırışlı ictimai açıqlamaları, seçkiqabağı daxili siyasi mühitin manipulyasiya edilməsi, işğal olunmuş ərazilərdə öz hərbi imkanlarının artırılması, hərbi təlimlərin keçirilməsi və işğal olunmuş ərazilərin demoqrafik tərkibinin dəyişdirilməsi  ilə müşayiət olunur. Bütün bunlar açıq şəkildə onu göstərir ki, Ermənistan Azərbaycan ərazilərinin ilhaqı siyasəti yürüdür və hər bir vəchlə işğalı saxlamağa və möhkəmləndirməyə çalışır. Bunun müqabilində insidentlərin araşdırılması kimi texniki məsələni gündəmə gətirmək və substantiv danışıqları texniki məsələnin girovuna çevirməklə, Ermənistanın güddüyü təhlükəli məqsəd işğala əsaslanan mövcud status-kvonu saxlamaqdır. Həmsədr dövlətlər və beynəlxalq ictimaiyyət münaqişənin həlli üzrə danışıqlar masasında olan təkliflərin və bütövlükdə sülh prosesinin uğursuzluqla nəticələnməsinin qarşısının alınması üçün Ermənistana münasibətdə təsirli və ciddi addımlar atmalıdır. Ermənistanın regionu yenidən müharibə və hərbi avantüraya sürükləməsinin qarşısını almaq üçün münaqişənin köklü həllini nəzərdə tutan substantiv danışıqlar dərhəl başlamalıdır. Azərbaycan münaqişənin həlli üzrə substantiv danışıqlara hazırlığını dəfələrlə bəyan edib.

Orphus system Mətndə orfoqrafik səhv aşkar etdinizsə, həmin hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
İmza : T.
Teqlər :
XİN: - Ermənistanın - şərt - qoyması - danışıqların - pozulması, - boykot - - şantajdır -
Paylaş :
Mail Yazdır Şərh yaz 0 dəfə şərh edilib
Tarix:15-03-2017 15:40 - Oxundu: 141
Siyasət
27-03-2017 20:34 Azərbaycan və Ermənistan xarici işləri nazirləri Moskvada görüşəcəklər
27-03-2017 14:50 XİN Şuşa məscidi ətrafında baş verənləri vandalizm kimi qiymətləndirdi
27-03-2017 11:40 Oqtay Əsədov Rusiyaya gedib
18-03-2017 15:02 "Ermənistan nə qədər tez anlasa, onlar üçün də o qədər yaxşı olacaq"
17-03-2017 22:39 Milli Məclis hökumətin hesabatını qəbul edib
17-03-2017 12:30 Baş nazir: "Beynəlxalq Bankın keçmiş rəhbəri Azərbaycanı daha pis vəziyyətə salıb"
16-03-2017 10:56 "Çətinliklərin öhdəsindən gəldik, bu il iqtisadi artım olacaq”
15-03-2017 15:40 "Ermənistanın şərt qoyması danışıqların pozulması, boykot və şantajdır"
15-03-2017 09:06 Azərbaycan və Fransa prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
14-03-2017 16:32 İlham Əliyevin Fransaya rəsmi səfəri başlayıb
14-03-2017 12:20 Rusiya Qarabağ münaqişəsində ehtiyatlı mövqe tutur - Maksim Şevçenko
14-03-2017 11:57 Sabah Bakıda AŞPA-nın komitə iclası keçiriləcək
14-03-2017 10:57 Azərbaycan pasportu ilə daha çox ölkəyə vizasız getmək olacaq
14-03-2017 10:41 "Hücum edən şəbəkədə Azərbaycanın bir neçə hökumət qurumu var idi..."
13-03-2017 15:37 "Vitse-prezidentlərlə bağlı qanun qəbul ediləcək"
13-03-2017 14:00 Gürcüstan səfirliyi Batumidə baş verənlərlə bağlı bəyanat yayıb
11-03-2017 10:33 Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul edib
10-03-2017 21:29 Türkiyə-Rusiya-Azərbaycan ittifaqının yaradılması müzakirə olunub
10-03-2017 20:59 AİP Baş Məclisinin növbəti iclası keçirilib - VİDEO
10-03-2017 13:20 MM-də təklif: Sosial şəbəkələrdə şərh yazmaq şəxsiyyət vəsiqəsi ilə olsun
10-03-2017 10:29 Polşanın baş naziri Avropa Birliyinə qarşı çıxdı
09-03-2017 11:30 AŞPA-nın münaqişələr üzrə alt komitəsinin sədri seçilib
07-03-2017 16:17 Həmsədrlərin Azərbaycana səfərinin vaxtı açıqlanıb
07-03-2017 15:55 Azərbaycanın xarici işlər naziri: "Ermənistanla danışıqlar dayanıb"
07-03-2017 14:45 Elmar Məmmədyarov Dmitri Roqozinlə görüşüb
07-03-2017 13:51 Zahid Oruc Ombudsmanın məruzəsini "SOVET ÜSLUBU" adlandırdı
07-03-2017 13:59 Mehriban Əliyeva Milli Məclisdə çıxış edib
06-03-2017 16:47 Bu erməni Bakıda şirkət açıb pul qazanmaq istəyir
06-03-2017 15:50 Mehriban Əliyevanın deputat səlahiyyətlərinə xitam verilib
06-03-2017 15:10 Rusiya Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqların səviyyəsindən razıdır
06-03-2017 14:53 Azərbaycan və Rusiya arasında yeni saziş imzalanıb
06-03-2017 12:55 "Mehman Hüseynovun cinayəti tam təsdiqini tapıb" - ƏLİ HƏSƏNOV
06-03-2017 12:11 İlham Əliyev Böyük Britaniyanın xarici işlər nazirinin müavinini qəbul edib
06-03-2017 08:37 Azərbaycan Prezidenti İranada rəsmi səfərdə olub
03-03-2017 10:51 Avropa İttifaqının səfiri cəbhədə baş verənlərə münasibət bildirib
02-03-2017 10:14 “Artur Rasi-zadə vəzifəsi ilə vidalaşmalı olacaq”
01-03-2017 22:11 “Ermənistan qətnamələrə əməl etməli və ya sanksiyalara məruz qalmalıdır”
01-03-2017 16:43 İşğala, Terrora və Əsassız İddialara qarşı Beynəlxalq Forumun toplantısı keçirilib
01-03-2017 15:18 "Siyasi partiyalar haqqında" qanun dəyişir - ONLAR ÜZV OLA BİLMƏYƏCƏK
28-02-2017 14:31 Azərbaycan prezidenti Pakistana səfər edib
28-02-2017 11:22 MSK-ya cəmi 4 partiya maliyyə hesabatını təqdim edib - SİYAHI
27-02-2017 16:33 Əfv Komissiyası sabah yenidən toplanacaq
27-02-2017 14:24 Azərbaycan-Qətər sənədləri imzalanıb
25-02-2017 16:52 Nazir: "Xudafərin kəndi ermənilər tərəfindən tamamilə dağıdılıb"
24-02-2017 14:52 İsa Qəmbər və Arif Hacılı prokurorluğa çağırılıb
24-02-2017 14:13 Zeynəb Xanlarovadan döyüş çağırışı: Gəlin müharibə edək...
24-02-2017 14:10 Elmar Məmmədyarov mart ayında Rusiyaya səfər edəcək
24-02-2017 11:35 Azərbaycan və İran tranzit xərclərinin endirilməsinə dair razılığa gəlib
24-02-2017 10:06 Avropa Parlamentinin deputatından Qarabağ barədə həyasız açıqlama
23-02-2017 21:26 “Qaçqın” statusu verilməsi ilə bağlı qaydaya dəyişikliklər olundu
23-02-2017 11:22 Avtomobili olmayan cəbhəçi radara necə düşüb?
23-02-2017 10:34 Gürcüstan prezidenti Azərbaycana gələcək
23-02-2017 10:35 “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının üçüncü toplantısı işə başlayıb
23-02-2017 10:19 XİN Xocalı soyqırımını ilə əlaqədar bəyanat yayıb
22-02-2017 20:42 Vasif Talıbov sabah Azərbaycanın vitse-prezidenti elan ediləcək
21-02-2017 20:47 Türkiyə və Azərbaycan prezidentləri arasında telefon danışığı olub
21-02-2017 14:36 Ermənistanın Azərbaycana vurduğu zərərlərin yekun məbləği açıqlandı - CƏDVƏL
21-02-2017 14:12 Birinci vitse-prezidentin bu səlahiyyətləri var
21-02-2017 10:43 ABŞ konqresmeni Xocalı soyqırımını pisləyib
21-02-2017 10:10 Nazir: Türkiyə Azərbaycana gömrük güzəştləri təqdim edəcək

Xəbər Lenti
Bu gün ən çox oxunanlar

Bakının ən ucuz və baha taksi xidmətləri - SİYAHI - FOTO
27-03-2017 12:09
Magistratura və rezidenturaya sənəd qəbulu başa çatır
27-03-2017 10:12
Mühafizəçilər üçün yeni ayaqqabı icad edildi - FOTO
27-03-2017 16:06
Kadırov Suriyada döyüşən çeçen döyüşçüləri mükafatlandırdı - VİDEO
27-03-2017 10:52
Banklar dolların yeni alış-satış qiymətlərini elan etdilər - SİYAHI
27-03-2017 10:56
Cəlilabadda əllə quyu qazan qurğu düzəldiblər - VİDEO
27-03-2017 22:37
Aprel şəhidi: Ana, mən şəhid olsam başını dik tut - VİDEO
27-03-2017 16:34
Alimlər sübut etdi: Yumurta toyuqdan sonra yaranıb
27-03-2017 11:15
Zülfüqar Mikayılov və Elman Ağayevin məhkəmələri davam etdirilib
27-03-2017 16:06
Dollar bu gün neçəyə satılır?
27-03-2017 09:22
Sorğu
Səs ver Nəticələr

Ölkə Siyasət
Dünya Münasibət
Hüquq İqtisadiyyat
Hərb Təhsil
Araşdırma Analiz
Hadisə, Kriminal Top Secret
İdman Maraq Dünyası
Mənəviyat Ailə-Uşaq
Sağlamlıq Foto
Tarix Video
Texnologiya Mədəniyət
Reportaj Vətən uğrunda
Рейтинг@Mail.ru ® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Firefox 3.6+, GoogleCrome10+, Opera 9+, Macromedia Flash, 1360 x 768

Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


Rss - Saytın Xəritəsi - Dizayn : AA Design

Faktxeber.az