Tarix:03-01-2017 15:08
"Ermənistan xalqı regional əməkdaşlıq imkanlarından faydalana bilər"
Şərh yaz
“Ermənistan sərhəddə daha genişmiqyaslı hərbi təxribat törətmək niyyətində idi, Azərbaycan əsgərinin ayıq-sayıqlığı onların bu mənfur planlarının qarşısını aldı”
“Ermənistanın siyasi-ictimai və diaspor dairələrində bir sıra sağlam qüvvələrin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tezliklə sülh yolu ilə həll edilməsinə yönəlik çağırışları müsbət addımlar olsa da, Ermənistanın siyasi-hərbi rəhbərliyi yenə də hər bir vəchlə danışıqlar prosesinin irəliləməsinin qarşısını almağa çalışır”.   
 
Bunu APA-ya Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistanın ictimai-siyasi və diaspora dairələrində münaqişənin həlli ilə əlaqədar səsləndirilən bəyanatlar, Ermənistan rəhbərliyi və xarici işlər nazirinin açıqlamalarına münasibət bildirərkən deyib.
 
H. Hacıyev bildirib ki, Ermənistan rəhbərliyinin məqsədi münaqişənin həlli və regionda davamlı sülhün təmin edilməsi deyil, Ermənistanın danışıqlarda iştirakı yalnız imitasiya məqsədi daşıyır: “Ermənistan rəhbərliyi Azərbaycana qarşı təcavüz və işğala əsaslanan mövcud status-kovunu saxlamağa xidmət edən siyasət yürüdür. Bütün beynəlxalq ictimaiyyət, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb etsələr də, Ermənistan buna məhəl qoymur və münaqişənin həllinin əsasını təşkil edən bu kimi köklü məsələdən yayınmaq üçün yeni-yeni təxribatlara əl atır”.
 
XİN mətbuat xidmətinin rəhbəri vurğulayıb ki, Ermənistan-Azərbaycan sərhədində Ermənistanın törətdiyi son hərbi təxribat da rəsmi Yerevanın törətdiyi növbəti təhlükəli avantüradır: “Ermənistanın Kollektiv Təhlükəsizlik üzrə Müqavilə Təşkilatının çətirinin arxasında gizlənmək və KTMT-ni münaqişəyə cəlb etmək cəhdləri regional sülh və təhlükəsizliyi, münaqişənin həlli üzrə ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqları ciddi təhdid altına qoyur. 
 
Ermənistanın bu sərhəd insidenti ilə əlaqədar dərhal dezinformasiya xarakterli təbliğata başlaması, biri-digərini təkzib edən bəyanatlar verməsi və KTMT-nin artıq sabiq baş katibi Nikolay Bardyujanın məsuliyyətsiz, hər hansı araşdırma aparmadan və tələm-tələsik açıqlaması bu təhlükəli avantüranın əvvəlcədən planlaşdırılmış ssenari əsasında həyata keçirildiyini bir daha təsbit edir. Ssenari sanki Ermənistanın təxribat və təhriki ilə keçən ilin aprelində qoşunların təmas xəttində baş vermiş gərginliyi, hələ 1988-ci ildə törədilmiş Sumqayıt hadisələrini xatırladır.
 
Çox güman ki, Ermənistan tərəfi sərhəddə daha genişmiqyaslı hərbi təxribat törətmək niyyətində idi. Azərbaycan əsgərinin ayıq-sayıqlığı onların bu mənfur planlarının qarşısını aldı. Bu təxribatın qarşısını alarkən şəhid olmuş əsgər Çingiz Qurbanovun cəsədini Ermənistan tərəfə aparan rəsmi Yerevan bundan öz dezinformasiya məqsədləri üçün istifadə etmək kimi çirkin məqsədlər güdür. Ona görə də beynəlxalq təşkilatlar vasitəsilə edilmiş müraciətlərə baxmayaraq, Çingiz Qurbanovun nəşinin qaytarılmasına Ermənistan Cenevrə konvensiyalarının tələblərini kobud şəkildə pozaraq hələ də imtina edir.
 
Bu kimi təhlükəli avantüralar əvəzinə Ermənistanın rəhbərliyi Ermənistanın ictimaiyyətində olan sağlam düşüncəli insanların çağırışlarına, beynəlxalq ictimaiyyətin tələblərinə riayət edərək münaqişənin sülh yolu həlli istiqamətində konstruktiv addımlar atmalıdır. Ermənistanın siyasi-hərbi rəhbərliyi bu reallığı nə qədər tez dərk edərsə və Azərbaycanın işğal olunmuş ərazilərindən öz qoşunlarını çıxararsa, regionda bir o qədər də tez sülh, sabitlik bərqərar olar və ilk növbədə Ermənistan xalqı yaranacaq yeni regional əməkdaşlıq imkanlarından faydalana bilər”.

 

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
İmza :
Teqlər :
"Ermənistan - xalqı - regional - əməkdaşlıq - imkanlarından - faydalana - bilər" -
Paylaş :
Mail Yazdır Şərh yaz 0 dəfə şərh edilib
Tarix:03-01-2017 15:08 - Oxundu: 248
Siyasət
27-02-2017 14:24 Azərbaycan-Qətər sənədləri imzalanıb
25-02-2017 16:52 Nazir: "Xudafərin kəndi ermənilər tərəfindən tamamilə dağıdılıb"
24-02-2017 14:52 İsa Qəmbər və Arif Hacılı prokurorluğa çağırılıb
24-02-2017 14:13 Zeynəb Xanlarovadan döyüş çağırışı: Gəlin müharibə edək...
24-02-2017 14:10 Elmar Məmmədyarov mart ayında Rusiyaya səfər edəcək
24-02-2017 11:35 Azərbaycan və İran tranzit xərclərinin endirilməsinə dair razılığa gəlib
24-02-2017 10:06 Avropa Parlamentinin deputatından Qarabağ barədə həyasız açıqlama
23-02-2017 21:26 “Qaçqın” statusu verilməsi ilə bağlı qaydaya dəyişikliklər olundu
23-02-2017 11:22 Avtomobili olmayan cəbhəçi radara necə düşüb?
23-02-2017 10:34 Gürcüstan prezidenti Azərbaycana gələcək
23-02-2017 10:35 “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının üçüncü toplantısı işə başlayıb
23-02-2017 10:19 XİN Xocalı soyqırımını ilə əlaqədar bəyanat yayıb
22-02-2017 20:42 Vasif Talıbov sabah Azərbaycanın vitse-prezidenti elan ediləcək
21-02-2017 20:47 Türkiyə və Azərbaycan prezidentləri arasında telefon danışığı olub
21-02-2017 14:36 Ermənistanın Azərbaycana vurduğu zərərlərin yekun məbləği açıqlandı - CƏDVƏL
21-02-2017 14:12 Birinci vitse-prezidentin bu səlahiyyətləri var
21-02-2017 10:43 ABŞ konqresmeni Xocalı soyqırımını pisləyib
21-02-2017 10:10 Nazir: Türkiyə Azərbaycana gömrük güzəştləri təqdim edəcək
20-02-2017 09:48 Eldar Mahmudov qohumunun qisasını necə aldı? - Milyonluq villa əməliyyatı
20-02-2017 09:23 Rusiya və ABŞ Ermənistana təzyiq göstərməlidir - Prezident
18-02-2017 13:09 İlham Əliyev Münhendə Binəli Yıldırımla görüşüb
18-02-2017 10:26 Avropa İttifaqı Dağlıq Qarabağda planlaşdırılan "referendum"un nəticələrini tanımır
18-02-2017 10:22 “Biz heç kimin daxili işlərimizə müdaxilə etməyə çalışmasını istəmirik”
17-02-2017 16:47 İran səfirliyi: Dağlıq Qarabağda "referendum" keçirilməsini doğru saymırıq
17-02-2017 15:05 Azərbaycan və Ermənistan XİN rəhbərləri Münhendə görüşüb
17-02-2017 14:34 Daha bir yüksək rütbəli ABŞ rəsmisi Bakıya gəlir
17-02-2017 11:45 Rusiya XİN Dağlıq Qarabağdakı "referendum"a münasibət bildirib
17-02-2017 11:37 İlham Əliyev Münxendə bir sıra görüşlər keçirib - FOTO
17-02-2017 10:00 Həmsədrlər martda regiona səfər edəcəklər
16-02-2017 21:49 Astanada Suriya üzrə danışıqlar başa çatdı
16-02-2017 16:38 Zeynəb Xanlarova Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulub
16-02-2017 11:40 İlham Əliyev ABŞ-ın Baş Qərargah rəisini qəbul edib
16-02-2017 09:31 ABŞ səfirinin Cocuq Mərcanlıya getməməsinə belə don geyindirdilər
15-02-2017 16:39 ABŞ səfiri Cocuq Mərcanlıya getmədi
15-02-2017 14:10 Səfirlər və beynəlxalq təşkilatların rəhbərləri Cocuq Mərcanlıya gediblər
15-02-2017 11:22 GUAM ölkələrinin rəhbərləri martın sonunda Kiyevdə görüşəcək
14-02-2017 21:09 XİN Ermənistanın Qarabağda planlaşdırdığı “referendum”la bağlı bəyanat yayıb
14-02-2017 14:08 Bələdiyyələrin sayının azaldılması təklif olunur
14-02-2017 12:43 Səməd Seyidov Jirinovskiyə cavab verdi: Təklif edirəm ki, Ermənistan...
10-02-2017 16:01 Akif Nağıdan Rusiya səfirinə sərt suallar
10-02-2017 11:21 "Avropa İttifaqı əsasən siyasi və təhlükəsizliyə ciddi yanaşır"
09-02-2017 22:20 İran səfirliyi Bakıda rəsmi qəbul keçirib
09-02-2017 17:08 Məmmədyarov Ermənistandakı Rusiya hərbi bazasından danışdı
09-02-2017 16:51 İran səfiri: Gələn həftə səfirlərlə Cocuq Mərcanlıya gedəcəyik
09-02-2017 15:38 Azərbaycan prezidentindən sərt mesaj: "Dağlıq Qarabağ daxili işimizdir"
09-02-2017 14:34 Prezident İlham Əliyev: "Bütün Azərbaycan Çingizlə fəxr edir"
08-02-2017 23:10 Somalinin yeni prezidenti məlum olub
08-02-2017 21:23 Azərbaycan və Belarus prezidentləri arasında telefon danışığı olub
08-02-2017 16:24 Azərbaycan XİN Lapşinin ekstradisiyası ilə bağlı bəyanat yayıb
08-02-2017 14:10 İlham Əliyev "Əl-Cəzirə" televiziyasına müsahibə verib
07-02-2017 11:21 Bakı və Kiyev Qarabağ və Donbas mövzusunda razılığa gəldi
07-02-2017 10:32 Auditorlar Palatası siyasi partiyalara müraciət edib
06-02-2017 11:43 İlham Əliyev Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb
03-02-2017 15:24 "Qarabağ münaqişəsi Azərbaycan və Ermənistanın milli təhlükəsizliyinə birbaşa təhdiddir"
03-02-2017 13:34 Rusiya XİN rəsmisi: Lapşinin Azərbaycana verilməsinə qarşıyıq
02-02-2017 15:14 İran səfirliyi REAL hərəkatı ilə görüşə münasibət bildirdi
02-02-2017 11:04 BMT baş katibinin humanitar məsələlər üzrə yeni elçisi Azərbaycana səfər edəcək
01-02-2017 16:51 Oqtay Əsədov deputatlara xəbərdarlıq edib
01-02-2017 14:11 Siyavuş Novruzov: "Nə edək, taxta-şalban daşıyaq? "
01-02-2017 12:40 Əli Həsənov Səudiyyə Ərəbistanında səfərdədir

Xəbər Lenti
Bu gün ən çox oxunanlar

Müdafiə Nazirliyi ŞƏHİD hərbçilərin adlarını açıqlayıb
27-02-2017 10:38
Ermənilər Talış kəndinə hücum edib itki verdilər...
27-02-2017 10:31
Terrorçuların qənimi olan 62 yaşlı qoca: 300 nəfər öldürdü - VİDEO
27-02-2017 12:04
Banklar dolların yeni alış-satış qiymətlərini elan etdilər - SİYAHI
27-02-2017 10:51
Şəhid olan hərbiçilərimiz- FOTOLARDA
27-02-2017 11:30
Türkiyə xüsusi təyinatlıları Xocalının 25 illiyini belə qeyd etdilər - VİDEO
27-02-2017 12:32
"Oskar"da sürprizlər: Trampa ismarıc, İran filmi, müsəlman qalib…-VİDEO
27-02-2017 11:21
Mikayıl Müşviqin Bakıdakı büstünü götürdülər - FOTO
27-02-2017 12:17
Türk hakerlərdən Ermənistana Xocalı şoku
27-02-2017 11:22
Məktəblərdə 10-11-ci siniflər ləğv olunacaqmı? - RƏSMİ AÇIQLAMA
27-02-2017 09:15
Sorğu
Səs ver Nəticələr

Ölkə Siyasət
Dünya Münasibət
Hüquq İqtisadiyyat
Hərb Təhsil
Araşdırma Analiz
Hadisə, Kriminal Top Secret
İdman Maraq Dünyası
Mənəviyat Ailə-Uşaq
Sağlamlıq Foto
Tarix Video
Texnologiya Mədəniyət
Reportaj Vətən uğrunda
Рейтинг@Mail.ru ® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Firefox 3.6+, GoogleCrome10+, Opera 9+, Macromedia Flash, 1360 x 768

Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


Rss - Saytın Xəritəsi - Dizayn : AA Design

Faktxeber.az