Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

10 Noyabr

2016
08:45
1515
`Ermənili-azərbaycanlılı bir torbaya yığacaqlarımız bizdən inciməsinlər`
Akif Nağı Bakıya gələn ermənilərlə bağlı sərt xəbərdarlıq etdi

QAT sədri Akif  Nağı ermənilərin Bakıya gəlişi, burada konfrans iştirakı və xəyanət prosesinin başlanması ilə bağlı sərt açıqlama verib: İki erməni Bakıda müxtəlif açıqlamalar verdilər, tədbirə qatıldılar, Xocalı abidəsi qarşısında baş əydilər və sair işlərə imza atdılar. Əksəriyyət bu prosesi müsbət hadisə kimi dəyərləndirdi. Bu prosesdə fikir və ağıllarına hörmət etdiyim xeyli dostumuz da iştirak etdi. Bu iki amilin təsiri altında nəsə deməyə çətinlik çəkirəm. Əksəriyyətin fikrinə qarşı getmək də çətindir, dostları qırmaq ondan da çətindir. Amma susmaq , ümumiyyətlə , mümkünsüzdür, bəlkə də cinayətdir. Mənim üçün gün kimi aydındır ki, ermənilər növbəti dəfə bizi aldadırlar. 1905-də, 1918-20-də olduğu kimi , yenə də bizi aldatmaq üçün cildə giriblər. 1905-1906-cı il qətliamlarından sonra “kirvə” cildinə, 1918-1920-ci illər qırğınlarından sonra isə “kommunist” cildinə girmişdilər. İndi də “demokrat” cildini yoxlayırlar. Hər dəfə də biz sadəlövhcəsinə onların oyunlarının, xəyanətlərinin qurbanına çevrilmişik. N.Nərimanov onlara inandı, yanıldığını tez başa düşdü, ona görə də dərhal öldürüldü. M.C.Bağırov inandı, səhv etdiyini yalnız 20 ildən sonra başa düşdü, son günlərində yalnız bu etirafı edə bildi ki, ermənilərə inandığıma görə “məni güllələmək yox, şaqqalamaq lazımdır.” Biz inanırıq ki, dövlət başçısı İlham Əliyev bu yolla getməyəcək, ona bu yöndə məsləhət verənləri yanından qovacaq. Fikir verdinizsə, bu iki erməninin heç biri demədi ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq, Dağlıq Qarabağ Azərbaycan torpağıdır. Sadəcə, erməni hökumətini söydülər, bir də Xocalıya görə üzr istədilər. Bunların heç biri kifayət deyil, demək olar ki, heç nədir. Ermənilərin məqsədi Azərbaycan cəmiyyətinə girməkdir , yenidən dostluq-qardaşlığa başlamaqdır. Bu , erməni mərkəzlərinin planıdır. Bu planın məqsədi Azərbaycan cəmiyyətində UNUTQANLIQ xəstəliyini gücləndirməkdir. Biz bunu çox aydın şəkildə bilirik, ona görə narahatıq. Dostların da bizi başa düşməsini istəyirik. Bu gün radiolardan birində aparıcı həyəcanla,sevinə-sevinə deyirdi ki, proses başladı, buna dəstək vermək lazımdır, üzərinə benzin tökmək lazımdır ki, daha da alovlansın. Hər kəs bilsin ki, kimin bu oda nə tökməsindən asılı olmayaraq, biz ora su tökəcəyik, imkan verməyəcəyik ki, alovlansın. İnşallah, biz deyən olacaq. Bir də bu aparıcının canfəşanlığı yadıma Vəzirovun "muştuluğumu verin, ermənilər qayıdır" müraciətini saldı. Hər kəs bilməlidir ki, torpaqlar işğaldan azad olunana qədər hər bu cür təşəbbüs xəyanətə bərabərdir. Biz bu xəyanətin ayaq tutub yeriməsinə imkan verməyəcəyik. Dost da, düşmən də buna əmin ola bilər. Cəmiyyət eyforiya vəziyyətindədi, sanki böyük bir qələbə əldə olunub. Ermənilərin yerdə qalanlarını da dəvət edirlər, yeni planlar qururlar. Biz eyforiya vəziyyətinin bitməsini gözləyir, hadisələrin gedişini izləyirik, siçan tələsinin ağzını da açıq saxlamışıq ki, gələn gəlsin. Tələnin ağzını bağlayanda içəridə qalanlar, ermənili-azərbaycanlılı bir torbaya yığacaqlarımız bizdən inciməsinlər. Biz xəbərdarlıq etmişdik.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  faktxeber@gmail.com


Valyuta.com


Рейтинг@Mail.ru