Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

22 İyun

2017
09:42
661
`Dövlət Yol Polisinin əməkdaşı bizneslə məşğul ola bilməz`
Əliməmməd Nuriyev: "Nəzərə alın ki, iki hakimin bizneslə məşğul olduqlarına görə fəaliyyətinə xitam verilib"

Bir neçə gün öncə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai qurumlarla Əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov "mənim xaricdə biznesim var" açıqlamasını vermişdi.

FaktXəbər-in məlumatına görə, qanun dövlət qulluğunda çalışan şəxslərin bizneslə məşğul olmasını qadağan edir. Hüquqşünas Əliməmməd Nuriyev Sputnik Azərbaycana bu barədə açıqlama verərkən bildirib ki, məmur bizneslə məşğul ola bilməz. Çünki ölkə qanunverciliyinə əsasən bu qadağan edilib: "Dövlət qulluğunda çalışan şəxslər öz biznesini kiməsə tapşırmalıdır. Ancaq bu məsələ bir az qarışıqdır. Çünki hələ "Maraqlar toqquşması haqqında" qanun qəbul edilməyib. Buna görə də ölkədə bu məsələlərin həlli mexanizmi yoxdur. Məsələn, mən dünənə qədər bizneslə məşğulamsa və indi hər hansı dövlət qulluğuna gedirəmsə, bunu "Dövlət qulluğu haqqında" qanun qadağan edir. Amma bu biznesi mən necə ötürməliyəm, idarəçiliyi necə verməliyəm, bununla bağlı da mexanizm yoxdur. Buna görə də bəzən məmurlar dilemma qarşısında qalırlar". Nuriyevin sözlərinə görə, "Maraqlar toqquşması haqqında" qanun layihəsi var və yaxın gələcəkdə müzakirəyə çıxarılarsa, bu sahədə olan boşluqlar da aradan qaldırılacaq. Ancaq nəzərə alın ki, iki hakimin bizneslə məşğul olduqlarına görə fəaliyyətinə xitam verilib".

Məqalədə : polis 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru