Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

11 Avqust

2017
11:35
807
`Dəniz Kuboku-2017`-nin bağlanış mərasimi keçirilib

Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində “Beynəlxalq Ordu Oyunları–2017” çərçivəsində Bakıda təşkil edilən “Dəniz Kuboku-2017” beynəlxalq yarışlarının bağlanış mərasimi keçirilib. Bağlanış mərasimi musiqili proqrami ilə başlayıb.

Sonra meydana "Qalibiyyət" kuboku və  “Dəniz Kuboku–2017” yarışlarında iştirak edən ölkələrin dövlət bayraqları gətirilib, "Dəniz Kuboku–2017” müsabiqəsinin qaliblərinin adları açıqlanıb.

Hakimlər kollegiyası tərəfindən verilən balların ümumi nəticəsinə görə Azərbaycanın Hərbi Dəniz Qüvvələrinin (HDQ) “G-124” gözətçi gəmisi və Rusiya Hərbi Dəniz Donanmasının “Qrad Sviyajsk” kiçik raket gəmisinin heyətləri yekunda 246 bal toplayaraq müsabiqənin qalibləri elan ediliblər.

İran HDQ-nin “Cövşən” raket kateri 234 balla ikinci və Qazaxıstan HDQ-nin “Sarıarka” raket-artilleriya gəmisi isə 227 balla üçüncü yerləri tutublar.

Qalib komandalara kubok və medalları Azərbaycan müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev və Rusiya müdafiə nazirinin müavini, general-leytenant Aleksandr Fomin təqdim ediblər. 

Bildirilib ki, "Qalibiyyət" kuboku 6 ay Azərbaycanda qaldıqdan sonra Rusiyaya təqdim olunacaq. Eyni zamanda, Rusiya komandasına mükafat olaraq müasir kater veriləcək. Bundan sonra Azərbaycan və Rusiyanın Dövlət himnləri səsləndirilib.

Müdafiə nazirinin müavini K. Vəliyev müsabiqənin şəffaf şəkildə keçirildiyini diqqətə çatdırıb.

O əlavə edib ki, yarışların keçirilməsi üçün Azərbaycan tərəfindən yüksək şərait yaradılıb.

Nazir müavini "Dəniz kuboku-2017" beynəlxalq müsabiqəsini bağlı elan edib.(Apa)

Məqalədə : Dəniz kuboku-2017 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-12-2017 15:51

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru