Tarix:11-11-2016 10:08
Bakıya gələn ermənilər - Xalq diplomatiyası, yoxsa...
Şərh yaz
Ermənistanın hazırki və keçmiş 3 vətəndaşı - Ermənistan “Milli Azadlıq Hərəkatı” təşkilatının rəhbəri Vaan Martirosyan, yazıçı-publisist, ictimai xadim Vahe Avetyan və “Meridian” Qeyri-Hökumət Təşkilatının sədr müavini, hüquq müdafiəçisi Suzanna Çaqinyanın Bakıya gələrək Qarabağ həqiqətlərini etiraf etmələri Ermənistanda şok effekti yaradıb.
 
Düzdür, indiyədək bir sıra erməni ziyalıları Azərbaycana qarşı yol verilən cinayətlərdən bəhs edərək baş verənlərə görə İrəvanın məsuliyyət daşıdığını bildiriblər. Lakin Bakıya gələn ermənilərin ötən əsrin ən dəhşətli hadisələrindən biri olan Xocalı soyqırımı abidəsi qarşısında baş əymələri, dəhşətli cinayətlərə görə Azərbaycan xalqından üzr istəmələri erməni lobbisinin və Ermənistandakı rejimin anti-Azərbaycan təbliğatını alt-üst etdi. 
 
Serj Sərkisyan rejimini sərt şəkildə tənqid edən ermənilər iki xalq arasında əlaqələrin bərpasına yönəlik xeyli mesajlar verib. Erməni yazıçı Vahe Avetyan “Xalqlarımız arasında, mümkündürsə, vasitəçilərin iştirakı olmadan, birbaşa dialoqun başlanmasını gözləyirəm. Biz bu imkandan da yararlanmalıyıq” deyib.  O bildirib ki, Bakıda olduğu müddətdə düşmənçilik, ya da təhlükə hiss etməyib. “Bu gün şəhərdə gəzdim, xalq istiqanlıdır, mehribandır. Qarabağdan olan qaçqınlarla görüşdüm. Göz yaşı da gördüm, inciklik də, onların doğma yerlərdən, eləcə də əzizlərinin, yaxınlarının qəbrindən ötrü necə darıxmasını da... Və onlar ayrılarkən məni qucaqladılar”. 
 
Vaan Martirosyan və Suzanna Çaqinyan da bənzər mövqedən çıxış etməklə Ermənistanda şok effektinin yaranmasına səbəbkar olublar. Xatırladaq ki, oktyabrın 8-də qəfildən Azərbaycana gələn Avetyan vizasının olmaması səbəbindən hava limanından geri qaytarılmışdı. O zaman erməni mətbuatı bu faktı əldə bayraq edərək Qarabağ ermənilərinin Azərbaycanın tərkibində yaşamasının mümkünsüzlüyü barədə iddialarının təsdiqləndiyini gözə soxmağa çalışmışdılar. Bununla işğalçı tərəf Serj Sərkisyanın “indi hətta bütün dünya da Dağlıq Qarabağ əhalisini Azərbaycanda yaşamağa inandırmağa çalışsa da, inanın ki, bu mümkün olmayacaq” iddiasının bir daha özünü doğrultduğuna diqqət çəkmək istəyirdi. Ancaq budəfəki gəlişdən sonra həm Ermənistan hakimiyyəti, həm də erməni mediası özünü karlığa və korluğa vurub. Sanki nə ermənilər Bakıya gəlib, nə də ədalətli mövqedən çıxış ediblər.
 
Image result for Erməni hüququ müdafiəçiləri Bakıya
 
Bakıya Milli QHT Forumunun prezidenti Rauf Zeyninin dəvəti ilə gələn erməni ziyalılar “Ermənistan, Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: əsas maneələr və nizamlama perspektivləri: Ermənistan və Azərbaycandan baxış” mövzusunda beynəlxalq konfransda da kifayət qədər normal mövqe sərgiləyiblər. Bu gəlişi şərh edən bəzi ekspertlər yenidən “xalq diplomatiyasının” işə salındığı və artmaqda olan gərginliyin bu yolla səngidilməsinə yönəlik işlərə start verildiyini güman edirlər. Qeyd edək ki, illər öncə Azərbaycan və Ermənistan ziyalıları, QHT rəhbərlərinin qarşılıqlı səfərləri olmuşdu. Lakin sonda erməni tərəfin yaramazlığı sayəsində bu səfərlərə nöqtə qoyulmuşdu. Bu dəfə isə qarşılıqlı səfərlərdən söhbət getmir, ermənilər Bakıya gəlməyə qərar veriblər. Özü də bu hadisə Qarabağ cəbhəsində kifayət qədər gərginliyin hökm sürdüyü, düşmənin “İsgəndər” raket-kompleksləri ilə bağlı təhdidlərinə cavab olaraq Azərbaycanın da öz tərəfindən zəruri hazırlıqları həyata keçirdiyi, 60 min nəfərlik şəxsi heyət və bütün qoşun növləri üzrə irimiqyaslı hərbi təlimlərə başlayacağını elan etməsindən sonraya təsadüf edir. Ermənistanda Azərbaycanın hazırlıqları kifayət qədər narahatlıqla qarşılanır. Xüsusilə də Azərbaycan prezidentinin Qarabağ ermənilərinə Azərbaycanın tərkibində muxtar respublika statusundan başqa hər hansı güzəştin edilməyəcəyi barədə qəti mövqeyindən sonra Ermənistanın danışıqlardan imtina qərarını açıqlaması müharibənin başlamasının an məsələsi olduğu ehtimalını gücləndirib. Bu mənada gümanlar var ki, ermənilərin gərginliyi azaltmağa, müharibədən qaçmağa, barışa yönəlik Bakıda səsləndirdikləri fikirlər dolayısı ilə Ermənistanın da xilasına yönəlib. Çünki növbəti müharibə riski aprel müharibəsinin fəlakətlərini kölgədə qoya, Naxçıvanın 50 km-liyindəki İrəvan başda olmaqla Ermənistanın yer üzündən silinməsi ilə nəticələnə bilər. 
 
Üstəlik, bölgədə növbəti dağıdıcı müharibənin baş verməməsi üçün çağırışlar edən beynəlxalq təşkilatlar da bu kimi təmaslar yolu ilə gərginliyin azaldılmasında çox maraqlıdırlar. Təsadüfi deyil ki, həmsədr ölkələrin rəsmilərinin son bəyanatlarında daha çox bir məqam vurğulanır: xalqların sülhə hazırlanması. Düzdür, onlar xalqların sülhə hazırlanmasından danışarkən işğal olunmuş ərazilərin dərhal azad edilməsi tələbini səsləndirməyi “unudur”. 
 
Eyni zamanda dövlət başçılarına xitabən sülh hazırlığına töhfə verməklə bağlı absurd çağırışlar edirlər.  Hansı ki, işğalçı Ermənistan ordusu Azərbaycan ərazisini tərk edərsə, nə müharibə təhlükəsi qalacaq, nə də mülki ermənilərin təhlükəsizliyi üçün problem yaranacaq. Fakt budur ki, Qarabağ erməniləri bir çox hallarda erməni ordusunun qarşısında sipər rolunu oynayır və nəticədə onlar da itki verirlər. Amma Bakıya gələn erməni ziyalılar bir daha şahid oldular ki, Azərbaycanın şəhər və rayonlarında yaşayan 30 mindən artıq erməni hər hansı təqibə məruz qalmadığı kimi, Qarabağdakı dinc sakinlərin də azərbaycanlılarla birgə yaşaması tamamilə mümkündür. Buna görə də başlamış prosesin davamlı olacağını demək mümkündür. 
 
Image result for Erməni hüququ müdafiəçiləri Bakıya
 
Milli QHT Forumunun prezidenti Rauf Zeyni də deyib ki, əsas qeyri-hökumət qurumları, mədəniyyət, ədəbiyyat xadimləri sülh danışıqlarının aparılmasına töhfə verməlidir. “Sülhün əldə olunması üçün qarşılıqlı səfərlərin tez-tez həyata keçirilməsinə ehtiyac var”. Bunu isə V.Avetyan deyib.  
 
“Bütün Ermənistan Azərbaycan xalqının qarşısında üzr istəməli, baş əyməlidir, təkcə Bakıya gələn 3 erməni yox. Eyni zamanda bizim bütün torpaqlar işğaldan azad olunmalıdır. İstəyir xalq diplomatiyası olsun, istər beynəlxalq. Biz dədə-baba torpaqlarımıza qayıtmalıyıq”. 
 
Bu fikirləri isə Şuşa İcra Hakimiyyətinin başçısı, Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin sədri Bayram Səfərov “Yeni Müsavat”a açıqlamasında bildirdi. İcma rəhbəri qeyd etdi ki, Bakıya gəlmiş ermənilərlə onun arasında hər hansı təmas olmayıb: “Yəqin ki, QHT-lərlə görüşlər planlaşdırıldığı üçün bizim görüş olmadı. Ancaq onlar nə həll edəcək ki? 
 
Görüşə də bilərdik, amma bu, elə də vacib deyil. Əsas odur ki, onlar gəlib baş əydilər, üzr istədilər, Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını bildirdilər. Həmçinin əsas odur ki, onlar baş verən cinayətlərə görə Ermənistan rəhbərliyinin və separatçı rejimin günahkar olduğunu etiraf etdilər. Onlar da etiraf etdilər ki, Qarabağdakı erməni ictimaiyyəti birgəyaşayış istəyir. Onlar da görür ki, Azərbaycanın inkişafı, dünyadakı nüfuzu Ermənistanla müqayisəolunmaz dərəcədə üstündür”. 
 
Image result for Erməni hüququ müdafiəçiləri Bakıya
 
B.Səfərov belə təmasların davam etməsini faydalı sayır: “Bu kimi səfərlər olmalıdır. Ermənilər gəlib Azərbaycanın inkişafını öz gözləri ilə görməlidirlər. Vaxtilə qarşılıqlı səfərlər olanda Sərksiyan açıq etiraf etmişdi ki, bu kimi səfərlər onun ziyanınadır. Hətta demişdi belə təmaslar olandan sonra bizə ehtiyac olmayacaq”.
 
Düzdür, illər öncə belə səfərlər oldu. Amma o zaman prosesdə hər iki ölkənin rəhbərliyinin də iştirakı var idi. İndiki təmaslar isə Ermənistan iqtidarının iradəsi əleyhinədir. O mənada bu kimi əlaqələr prosesi irəli apara bilərmi?
 
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirdi ki, istənilən halda xalq diplomatiyasını genişləndirmək vacibdir: “Qoy beynəlxalq aləm görsün ki, biz torpaqlarımızı hərbi yolla azad etməyə hazır olmaqla yanaşı, qarşı tərəflə dialoqun genişlənməsində də maraqlıyıq. Düşmən tərəf belə təmaslara mane olursa, lap yaxşı. Bir daha dialoqdan kimin yayındığını beynəlxalq aləmə göstərəcəyik. Ancaq azərbaycanlılarla dialoq aparmaq istəyən ermənilər az deyil. Onlarla üçüncü ölkələrdə fikir mübadiləsi aparılmalıdır”. 
 
Politoloq Bakıdakı təmasların faydalı olduğu qənaətindədir: “Birincisi, hər üç erməni Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini dedi. Onlar Dağlıq Qarabağın Azərbaycanın tərkibində ən yüksək muxtariyyət statusuna razı olduqlarını dedilər. Bu, Azərbaycan prezident İlham Əliyevin Rusiyanın ”Sputnik" agentliyinə verdiyi son müsahibədə “Dağlıq Qarabağa muxtar respublika statusu verilə bilər” fikri ilə də üst-üstə düşür. 
 
Image result for elxan şahinoğlu
 
İkincisi, Bakıya gələn ermənilər Xocalı soyqırımı abidəsini ziyarət etdilər. Bu, Ermənistan hərbi hissələrinin yerli separatçılarla birgə Azərbaycan ərazisində soyqırım törətməsinin etirafıdır. Üçüncüsü, Bakıdakı konfransda iştirak edən ermənilər prezident Serj Sərkisyanın Ermənistanı uçuruma apardığını və bu şəxsin dövlət başçısı olduğu müddətdə ölkələrinin vəziyyətinin daha da ağırlaşacağını bildirdilər. Erməni fəalların iştirakı ilə Bakıda keçirilən konfrans Azərbaycanın uğurlu piar-gedişidir. 
 
Ermənilərin Bakıya dəvət edilərək fikirlərini sərbəst bildirmələri Ermənistan hakimiyyətinin illərdir apardığı “azərbaycanlılar bütün ermənilərə nifrət edirlər, ona görə də iki xalqın Qarabağda birgə yaşayışı mümkün deyil” təbliğatı alt-üst oldu. Azərbaycanlılar bütün ermənilərə nifrət etmirlər. Azərbaycanlılar Azərbaycanın ərazi bütövlüyünü və Dağlıq Qarabağın Azərbaycan tərkibində varlığını qəbul edən, o cümlədən Xocalıda soyqırımın baş verdiyini etiraf edən ermənilərlə ünsiyyət qurmağa və onları Bakıya dəvət edib müxtəlif konfranslarda iştirak etməsinə şərait yaratmağa hazırdırlar". 
 
E.Şahinoğlu da təsdiqlədi ki, 3 erməni fəalın Bakıya gələrək konfransda çıxış etmələri İrəvana o dərəcədə təsir edib ki, Ermənistanın heç bir mediası bu haqda xəbər yaymayıb: “Məsələ burasındadır ki, ermənilərin Bakıya gələrək ”Dağlıq Qarabağ əvvəllər olduğu kimi Azərbaycanın tərkibində olmalıdır və bununla iki dövlət normal münasibətlər qurmalıdır" demələri Ermənistanın siyasi dairələrində şok effekti yaradıb. Çünki Ermənistan hakimiyyəti artıq qorxmağa başlayacaq ki, Ermənistanda Bakıya gələn ermənilər kimi düşünənlər az deyil. Şəxsən mən özüm xarici ölkələrdə müxtəlif erməni ekspertlərlə görüşüb fikir mübadiləsi apararkən onlar da Dağlıq Qarabağın Azərbaycan tərkibində qalmasını mümkün sayırdılar, sadəcə, bunu açıq deyə bilmirdilər, Ermənistana qayıtdıqda repressiya olunacaqlarından qorxurdular. Bunun əksi mümkün deyil. Azərbaycanın hətta hakimiyyətə qarşı ən qatı müxalif olan fəalı İrəvana gedib “Dağlıq Qarabağ müstəqil və ya Emənistana aid olmalıdır” deməz. 
 
Rəsmi Bakının bu siyasəti genişləndirməsinə ehtiyac var. Sərkisyana qatı müxalif olan başqa fəallar da var. Həmin fəallarla da dialoq qurmağa ehtiyac var. Doğrudur, onlar Dağlıq Qarabağla bağlı qəti fikir söyləməkdə çətinlik çəkirlər, ancaq bilirlər ki, Azərbaycanla müharibə şəratində yaşamaq Ermənistanı uçuruma aparır". (musavat.com)
Orphus system Mətndə orfoqrafik səhv aşkar etdinizsə, həmin hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
İmza : Ş.
Teqlər :
- Bakıya - gələn - ermənilər - - - Xalq - diplomatiyası, - yoxsa... -
Paylaş :
Mail Yazdır Şərh yaz 0 dəfə şərh edilib
Tarix:11-11-2016 10:08 - Oxundu: 582
Münasibət
29-03-2017 14:22 Eldar Namazov AXC liderlərinin KQB ilə əməkdaşlıq etdiyini bildirib
29-03-2017 10:19 Rusiyadakı mitinqlərdən həvəslənib aksiyalar təşkil etmək...
28-03-2017 10:36 Bayram bitsə də, bazarlarda bahalaşma bitmək bilmir
27-03-2017 17:02 Azərbaycanda elmi jurnalistika niyə yoxdur?
27-03-2017 15:54 Dollar yenidən qalxacaq - Millət Vəkili
27-03-2017 14:13 "Düşməni öyrənmək, atdıqları addımların məntiqini hesablamaq lazımdır"
24-03-2017 11:26 Nazir: “Azərbaycanlı tələbələr mütləq gürcü dilini bilməlidir”
22-03-2017 09:26 "Nə vaxtsa görmüsünüzmü ki, cənab prezident əfv sərəncamı versin..."
21-03-2017 14:18 İqtisadçı ekspert Novruz bayramı ərəfəsində qiymətlərin qalxmasını...
16-03-2017 14:21 Marketlərə gedib qiymətlərlə maraqlanmışam - Əli Əhmədov
14-03-2017 09:45 "Azərbaycana kreditlərin verilməsi tamamilə dayandırıla bilər"
13-03-2017 14:59 Deputat pensiyalarla bağlı dəyişiklikləri şərh edib
13-03-2017 09:28 Mənim pensiyam neçə manat olacaq?
11-03-2017 11:07 Əfv siyahısında 20 tanınmış məhbusun adı var
09-03-2017 14:36 Nəqliyat eksperti sürücüləri günahlandırdı: Onların insanlıq...
07-03-2017 15:20 "Azəriqaz” İstehsalat Birliyinin özəlləşməsinin vaxtı çatıb"
06-03-2017 14:43 "Narkotikdən gələn gəliri əldən vermək istəmirlər" - Millət vəkili
06-03-2017 14:19 "Neqodnı"lara pis xəbər - Hərbi xidmətə çağırıla bilərlər
06-03-2017 14:13 Elmar Məmmədyarov BƏƏ-nin "Əl-Fəcr" qəzetinə müsahibə verib
06-03-2017 09:47 Neft hansı həddədək bahalaşacaq - 2017-ci ilin proqnozu
04-03-2017 11:40 Novruz Məmmədov: Ermənistan rəhbərliyinin hansısa məqsədi var
04-03-2017 10:40 Bəli, səhv etmişik, yanlışa yol vermişik - “Azəravtoyol”un sədri
03-03-2017 22:37 İpoteka Fondu səmərəli işləyə bilirmi?
02-03-2017 10:29 Tanınmış iqtisadçılar pensiya yaşının artırılmasını tənqid etdilər
01-03-2017 22:05 Pensiya yaşının artırılması sosial gərginliyi artıracaq - ekspert
01-03-2017 14:14 "Çoxu o vəzifələri elə rüşvət hesabına tutublar"
28-02-2017 15:22 Hüqüqşünas yol polisini İTTİHAM etdi: Qanunla bela rəftar etmək olmaz
28-02-2017 13:04 “Aprel müharibəsinin bütün təfərrüatları bu günədək üzə çıxmayıb”
27-02-2017 09:53 6 ay başa çatır
25-02-2017 12:55 Baş nazirin müavini: "Ordunuz hazırdır!"
24-02-2017 10:04 "Mən Qarabağı ermənilərdən təmizləyəcəkdim, qoymadılar"
23-02-2017 15:24 "Şərq qapısı" qəzetindən Vasif Talıbov AÇIQLAMASI
23-02-2017 13:00 FOX TV-nin Azərbaycanda yayımının dayandırılmasına rəsmi münasibət
23-02-2017 10:24 Ətin qiyməti niyə qalxır: Pozitiv bir söz söyləmək çətindir
21-02-2017 11:11 Təhsil ekspertləri məktəb dərsliklərindəki faciəvi şeirləri haqda...
21-02-2017 10:08 Azərbaycan qazı xaricə öz vətəndaşlarından ucuz satır?
20-02-2017 12:56 "Semaşko"da bütün tibbi xidmətlər pulsuzdur
20-02-2017 11:00 "Mənim işim-gücüm qurtarıb ki, bunu əzbərləyim?"
20-02-2017 09:11 Zəlzələdən ziyan çəkənləri aldadıb pullarını da alıblar
18-02-2017 12:28 "Yaxşı olardı nazir həmin rəqəmləri əvvəl yerli ictimaiyyətə açıqlayaydı"
18-02-2017 10:44 Tanınmış politoloq niyə məhz Bakının seçilməsini şərh etdi
17-02-2017 11:47 Əfvlə bağlı yeni xəbər: Müraciətlərə müsbət rəy verilib
17-02-2017 10:46 "Sekuta getsəydi, atalar demişkən, üzüyünün qaşı düşməyəcəkdi"
17-02-2017 10:28 Baş Nazir son hesabata hazırlaşır, Nazirlər Kabineti buraxıla bilər
16-02-2017 15:05 “Uşaqların avtomobildə daşınması qaydaları ilə bağlı qanunda boşluq var” - Ekspert
16-02-2017 12:44 Uşağın kompüterin qarşısında sakit oturması müsbət hal deyil
16-02-2017 11:48 Dollar bahalaşanda dərman da bahalaşacaq - RƏSMİ
16-02-2017 09:57 Sürücülər üçün yeni qaydaların faydası nədir?
16-02-2017 09:42 Arif Əsgərov üçün həbs təhlükəsi - 48 milyonluq yeyinti
14-02-2017 10:42 Bank rəhbəri: Xarici valyutaya bağlıyıq
13-02-2017 22:28 Daha hansı nazirliklər ləğv oluna bilər? - TƏKLİF
13-02-2017 10:53 "Kliniki Tibbi Mərkəzdə struktur dəyişikliyi olacaq"
13-02-2017 10:46 Gürcüstana keçən taksilərə xüsusi nəzarət olacaq
13-02-2017 09:23 QHT-lərə yeni qaydalar gəlir
11-02-2017 11:03 İnşaat sektorunda şərtlər yüngülləşdirilir
09-02-2017 11:33 "Fatimeyi Zəhra" məscidi ilə bağlı məsələ məscidin xeyrinə həll olunub"
09-02-2017 11:05 Bədbəxt hadisə və yaxud da peşə xəstəliyi baş verirsə nə etməli?
09-02-2017 09:48 Hökumət kompensasiyaları niyə ödəmir?
08-02-2017 14:09 Ötən il ARDNF-nin büdcəsində 500 mln. dollarlıq profisit yaranıb
08-02-2017 11:36 Mədən Sənayesində Şəffaflığın Artırılması Şurasında nə baş verir?

Xəbər Lenti
Bu gün ən çox oxunanlar

İndoneziyada yeddi metrlik piton kişini udub - VİDEO (18+)
29-03-2017 09:40
Magistraturaya qəbulun birinci mərhələsinin tarixi açıqlandı
29-03-2017 10:43
ANS: Azərbaycanın ən yeni tarixi siçovulların ümidinə qalıb
29-03-2017 11:21
Banklar dolların yeni alış-satış qiymətlərini elan etdilər - SİYAHI
29-03-2017 10:30
Mübariz İbrahimova qibtə edən Aprel şəhidi Fəxrəddin Qurbanlı - VİDEO
29-03-2017 11:59
Müqəddəs üç aylar – Rəcəb, Şaban, Ramazan
29-03-2017 10:32
"Mən bu görüntülərdən dəhşətə gəldim" - VİDEO
29-03-2017 11:09
Dolların bugünkü MƏZƏNNƏSİ
29-03-2017 09:15
Səudiyyə polisi Şeyx Nimrin iki əmisi oğlunu maşında güllələdi - FOTO
29-03-2017 16:27
İnanclıların Hüquqlarının Müdafiə Komitəsi toplantı keçirib - VİDEO
29-03-2017 09:28
Sorğu
Səs ver Nəticələr

Ölkə Siyasət
Dünya Münasibət
Hüquq İqtisadiyyat
Hərb Təhsil
Araşdırma Analiz
Hadisə, Kriminal Top Secret
İdman Maraq Dünyası
Mənəviyat Ailə-Uşaq
Sağlamlıq Foto
Tarix Video
Texnologiya Mədəniyət
Reportaj Vətən uğrunda
Рейтинг@Mail.ru ® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Firefox 3.6+, GoogleCrome10+, Opera 9+, Macromedia Flash, 1360 x 768

Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


Rss - Saytın Xəritəsi - Dizayn : AA Design

Faktxeber.az