Tarix:19-04-2017 12:36
"Bakının yol infrastrukturu Avropanın bir çox şəhərlərindən üstündür"
Şərh yaz
FaktXəbər-in məlumatına əsasən, Bakı Nəqliyyat Agentliyinin (BNA) baş direktoru Vüsal Kərimli APA-ya müsahibə verib. Müsahibənin maraqlı hissəsini oxuculara təqdim edirik:
 
 
- Nəqliyyat Nazirliyinin quraşdırdığı dayanacaqlarla bağlı da bir sıra problemlər var. Bəziləri sərnişinlərin ümumiyyətlə istifadə etmədiyi yerdə quraşdırılıb, bəziləri ümumiyyətlə işləmir və ya düzgün işləmir. BNA bu vəziyyəti dəyişmək üçün hansı addımlar atacaq?
 
 
- "Ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaqlarını bildirən" (1.17) yol nişanlaması təşkil edilməmiş dayanacaq məntəqələrinin sayı 1018 ədəddir. "Avtobusun və ya trolleybusun dayanacaq yeri" (5.12) yol nişanı olmayan avtobus dayanacaq məntəqələrinin sayı 1015 ədəddir. Bundan başqa, pavilyon olmayan avtobus dayanacaq məntəqələrinin sayı 231, önündə cib olmayan avtobus dayanacaq məntəqələrinin sayı 997, yerinin dəyişdirilməsinə ehtiyac olan dayanacaq pavilyonlarının sayı 12 ədəddir.
 
Bunlara əlavə, yollar çəkilərkən, yol nişanları qoyularkən piyadaların hərəkəti üçün yetərincə səki qoyulmur. Ticarət obyektləri səkiləri zəbt edir. İslam Həmrəyliyi Oyunları bitdikdən sonra biz bunun üzərində də fəal şəkildə çalışmağa başlayacağıq. Bu cür hallar baş verdikdə, piyada istər-istəməz yolun avtomobil hərəkəti üçün nəzərdə tutulmuş hissəsinə çıxır. Bundan başqa, hansısa dayanacaqlar hesablanmadan qoyulub və ya tərtib olunub.
 
Hal-hazırda qeyd etdiyim məsələ ilə bağlı ən problemli yer Tbilisi prospektidir. Bu prospektdə yerləşən "Çıraq Plaza"nın qarşısında dayanacaq var. Həm orada nəqliyyatın hərəkəti üçün çəkilmiş zolaqlar düzgün deyil, həm də paradoksal vəziyyət yaranır: avtobus dayanacaqdan sərnişinləri götürür, sonra dördüncü zolağa keçir, hansı ki, manevr (dayanacaqdan döngəyədək - red.) məsafəsi də olduqca azdır. Ümumilikdə 1200 dayanacaqdan 400-dən çoxunun yeri dəyişdiriləcək. Məsələn Rusiya səfirliyinin yanında sağa yol hər zaman açıqdır, amma döngədə dayanacaq olduğu üçün avtobus orada dayanır və tıxac olur. Bu cür misallar kifayət qədərdir.
 
Tıxaca səbəb olan digər məsələ parkinqlərdir. Həm sərnişinlərimiz, həm vətəndaşlarımız, həm sürücülərimiz anlamalıdır ki, istənilən yerdə parkinq anlayışı dünyanın heç bir yerində mövcud deyil. Avropada bir ticarət obyektinə, restorana getdikdə avtomobili park etmək üçün vaxt itirirlər. Amma bizdə sürücülər ürəkləri istədiyi yerdə saxlayırlar. Belə olmaz! Bakının küçələri, yol infrastrukturu həm genişliyinə, həm düzgün tərtibatına görə Avropanı bir çox şəhərlərindən üstündür. Lakin yol işarələri, dayanacaqlar və insanlarımızın avtomobillərini qeyri-qanuni park etmələri ciddi problem yaradır. Bakı şəhərində istənilən tikinti işləri həyata keçirilərkən həm planlaşdırma, həm də tikinti dövründə BNA ilə razılaşdırılma aparılmalıdır. Bu gün inşaat şirkəti bina tikirsə mənə onun texniki dayanıqlılığı lazım deyil, buna digər dövlət qurumları cavabdehdir. Məni maraqlandıran odur ki, bu bina hazır olandan sonra onun yola çıxışı və parkinqi necə olacaq? Əsas məsələ budur. Əfsuslar olsun ki, binanın beynəlxalq standartlara uyğun müəyyən tələbləri var. Avropada binanın sakinlərinin 75%-i parkinqlə təmin olunmalıdır. Buna görə, binanın altında və ya orta mərtəbələrində parkinq yerləri inşa edirlər. Həmçinin təkcə yeraltı deyil, yerüstü saxlama yerləri də olmalıdır. Amma bizdə heç yeni tikilən binanın həyəti olmur. Ona görə də axşamlar ara küçələrdə avtomobillər saxlanılır, ara küçələrin ötürücülük qabiliyyəti itir.
 
"Gənclik Mall" ticarət mərkəzində parkinq düzgün təşkil olunsa, tıxac olmaz. Həmin problem "Park Bulvar" ticarət mərkəzində də yaşanır. Parkinqlərin girişləri və çıxışları ana yola təsir etməməlidir. Avropada parkinq etmək üçün uzun yol qət etdikdən sonra dalan yerlərin birində avtomobilinizi park edə bilərsiniz. Çünki istənilən binaya giriş və çıxış əsas istiqamətə təsir edə bilməz.
Orphus system Mətndə orfoqrafik səhv aşkar etdinizsə, həmin hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
İmza : Ş.
Teqlər :
Bakının - yol - infrastrukturu - Avropanın - bir - çox - şəhərlərindən - üstündür -
Paylaş :
Mail Yazdır Şərh yaz 0 dəfə şərh edilib
Tarix:19-04-2017 12:36 - Oxundu: 160
Ölkə
27-04-2017 16:27 "Elmlər Akademiyası" metrosu qarşısında aksiya-İşçilər etiraz etdi
27-04-2017 16:07 "Beş mərtəbə" dairəsindən istifadə edən sürücülərin nəzərinə - FOTO
27-04-2017 15:00 Tbilisi prospektində tıxaca qarşı yeni plan hazırlanır
27-04-2017 14:38 Keçən il Azərbaycanda 24 649 nəfər inzibati məsuliyyətə cəlb edilib
27-04-2017 13:03 Ölkədə sulu qəlyandan və elektron siqaretlərdən istifadə qadağan edilir
27-04-2017 12:19 Əfv olunmuş məhbusun yerinə başqası azadlığa buraxılıb? - AÇIQLAMA
27-04-2017 12:17 Tikintidə qeyri-rəsmi çalışmaq mümkün olmayacaq
27-04-2017 12:16 Qəbul imtahanında 35433 abituriyentin iştirakı nəzərdə tutulur
27-04-2017 12:09 Nazirlər Kabineti sərəncam verdi
27-04-2017 12:02 Daşkəsən polisi mənşəyi məlum olmayan 1 ton ət aşkarlayıb
27-04-2017 11:36 Nazirliklər parlamentə toplaşdı: siqaretlə mübarizə müzakirə olunur
27-04-2017 11:02 "Azərişığ"ın idarələrindən biri ləğv edilib
27-04-2017 10:34 Avtobuslarda 5 yaşadək uşaqlar üçün ödəniş edilməyəcək
27-04-2017 10:21 Sərnişin daşıyan xidmətlərin məsuliyyətləri artırılıb
27-04-2017 10:16 Metroda həyəcanlı anlar - Qatar tuneldə qaldı - VİDEO
27-04-2017 09:43 "Bəzən ödənişsiz xəstəxanada pul tələb edilir" - Səhiyyə Nazirliyi
26-04-2017 16:59 Vüqar Bayramov: "Vahid taksi qiymətinin tətbiqi rəqabəti boğacaq"
26-04-2017 16:12 Axşam saatlarında bu küçələrdə hərəkət çətinləşəcək
26-04-2017 15:41 Almaniyadan olan turist piyada Azərbaycana gəlib
26-04-2017 14:34 Mətbuat azadlığı reytinqində 180 ölkə arasında 162-ci yerdəyik
26-04-2017 14:34 "SOS Uşaq Kəndləri Azərbaycan" Assosiasiyası uşaq hüquqlarına dair tədbir keçirdi
26-04-2017 12:57 Bakı-Sumqayıt yolunda qəzanı belə sürücülər yaradır - VİDEO
26-04-2017 12:53 Azərbaycan Milli Kitabxanası - FOTOLAR
26-04-2017 12:40 Builki Gül bayramı ilə bağlı - İcra Hakimiyyətindən AÇIQLAMA
26-04-2017 12:30 Azərbaycanda yeni dərman zavodu inşa olunacaq
26-04-2017 12:15 "Azərbaycanda halal turizmlə bağlı standartlar hazırdır"
26-04-2017 11:37 DYP sizi 60 AZN cərimə edə bilər - Sürücülərin DİQQƏTİNƏ - VİDEO
26-04-2017 11:34 Daha 4 "ASAN xidmət" mərkəzi inşa olunur
26-04-2017 11:20 "Kral Holding" Şirkəti məhv olmaq təhlükəsi ilə üz-üzə
26-04-2017 10:59 Artıq texniki nasaz avtomobillər qeydiyyata alınmayacaq
25-04-2017 22:22 Bakıda küçə ticarətinə qarşı REYD
25-04-2017 22:05 Ədliyyə orqanlarında çalışmaq istəyənlər DİQQƏT - VAXT BİTİR
25-04-2017 17:23 Əflatun Amaşov "Şöhrət" ordeni ilə təltif edilib
25-04-2017 16:11 Bakıda metroda maraqlı hadisə kameraya düşdü - VİDEO
25-04-2017 16:04 AİP Məbəs bayramı münasibəti ilə xalqımızı təbrik edib
25-04-2017 15:58 Xaçmaz İcra Hakimiyyəti meymun heykəlinə pul tapır, şəhid ailəsinə yox – FOTO
25-04-2017 15:38 Cəmil Quliyev növbəti dəfə İTV-nin baş direktoru seçilib
25-04-2017 15:21 Azərbaycanda xərçəng xəstəliyindən ölənlərin SAYI açıqlandı
25-04-2017 14:29 Evinizi mehmanxana edə bilərsiniz - QANUN TƏSDİQLƏNDİ
25-04-2017 14:14 Gözün buynuz qişasının idxalı və transplantasiyasına icazə verilib
25-04-2017 14:06 Milli Məclisin foyesində siqaret çəkmək qadağan olunub
25-04-2017 12:51 Korrupsiya haqqında məlumat verənə təzyiq edənlər CƏRİMƏLƏNƏCƏK
25-04-2017 12:36 Əziz Seyidov Ali Məhkəmənin hakimi seçilib
25-04-2017 12:22 Övladlığa uşaq götürmək istəyənlər, bunu nəzərə alın
25-04-2017 12:21 Sürücülər piyadalardan daha məsuliyyətlidirlər - RƏSMİ
25-04-2017 12:03 Azərbaycanda hotellərin sayı artırılacaq
25-04-2017 11:11 "Səni tutub salacağıq içəri" - Sakindən Abutalıbova -VİDEO
25-04-2017 10:55 BƏƏ-dən gələn turistlərin sayı 22, İraqdan gələnlərin sayı 30 dəfə artıb
25-04-2017 10:36 Azərbaycan hotellərində də halal turizm standartları tətbiq ediləcək
25-04-2017 10:35 4 küçədə üfüqi nişanlanma xətləri rənglənəcək
25-04-2017 10:25 Bu gün Avropa İttifaq ilə Azərbaycan arasında danışıqlar başlanılır
25-04-2017 09:58 Azərbaycanda 2 yaşlı uşağa siqaret çəkdirdilər - VİDEO
25-04-2017 09:50 Yasamalda gərginlik: Sakinlərin evlərini sökmək istədilər - VİDEO
25-04-2017 09:09 Tovuzdakı müəmmalı qətlin üstü açıldı
24-04-2017 22:04 Bakıda metro qatarı tuneldə qalıb
24-04-2017 20:54 Apteklərdə "Rivanol" tozu yoxa çıxıb - 20 qəpiklik dərmanı məhlul şəklinə salıb 5,20 qəpiyə satırlar - VİDEO
24-04-2017 20:22 İTV-nin baş direktoru vəzifəsinə seçki sabah keçiriləcək
24-04-2017 16:54 Bakıda taksilər üçün vahid TARİF - gecə və gündüzün gedişhaqqı fərqli olacaq
24-04-2017 16:50 Fahişəlik və qumara görə ağır cərimələr tətbiq edilir
24-04-2017 16:47 Havanın pisləşməsi ilə əlaqədar 200-dən çox neftçi təxliyə olunub

Xəbər Lenti
Bu gün ən çox oxunanlar


Sorğu
Səs ver Nəticələr

Ölkə Siyasət
Dünya Münasibət
Hüquq İqtisadiyyat
Hərb Təhsil
Araşdırma Analiz
Hadisə, Kriminal Top Secret
İdman Maraq Dünyası
Mənəviyat Ailə-Uşaq
Sağlamlıq Foto
Tarix Video
Texnologiya Mədəniyət
Reportaj Vətən uğrunda
Рейтинг@Mail.ru ® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Firefox 3.6+, GoogleCrome10+, Opera 9+, Macromedia Flash, 1360 x 768

Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


Rss - Saytın Xəritəsi - Dizayn : AA Design

Faktxeber.az