Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

02 Avqust

2017
14:24
226
`Azərbaycan Əfqanıstana yardım ilə bağlı öhdəliyini yerinə yetirəcək`

Əfqanıstanın Azərbaycandakı səfiri Məhəmmədtəqi Xəlili Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimovla görüşüb.

Əfqanıstanın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, görüşdə M.Xəlili A.Əzimovun Əfqanıstanın paytaxtı Kabilə son səfərini, hökumət rəsmiləri ilə görüşünü qeyd edib, eləcə də onların Azərbaycan və Əfqanıstan arasında siyasi əlaqələrin gücləndirilməsindəki vacibliyini vurğulayıb.

M.Xəlili deyib ki, Azərbaycan ilə Əfqansıtan arasında əməkdaşlıq, iki ölkənin beynəlxalq və regional təşkilatlarda həmrəyliyi çox dəyərlidir.

A.Əzimov Kabildə keçirdiyi görüşləri səmərəli adlandırıb və Əfqanıstanda sülh və davamlı sabitliyin mümkünlüyündən danışıb. O, Azərbaycanın Əfqanıstana yardım ilə bağlı öhdəliyini yerinə yetirməyə davam edəcəyini vurğulayıb.

Bundan əlavə, görüşdə bu ilin dekabr ayında Bakıda keçiriləcək “Asiyanın Qəlbi-İstanbul Prosesi" təşəbbüsü çərçivəsində XİN başçılarının konfransının təşkili ilə bağlı məsələlər, eləcə də digər regonal məsələlər müzakirə olunub.(report)

Məqalədə : Azərbaycan Əfqanıstan 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru