Tarix:14-03-2017 09:45
"Azərbaycana kreditlərin verilməsi tamamilə dayandırıla bilər"
Mədən Sənayesində Şəffaflıq Təşəbbüsündən çıxarılmağımızın hansı nəticələri ola bilər?
Şərh yaz
Məlum olduğu kimi, Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü (MSŞT) Beynəlxalq İdarə Heyətinin martın 7-8-də Kolumbiyanın paytaxtı Boqota şəhərində keçirilən 36-cı toplantısında Azərbaycanın bu beynəlxalq koalisiyada fəaliyyəti (statusu) dayandırılıb.
 
Bundan sonra Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov bəyanat yayaraq Azərbaycanın MSŞT-ni rəsmi şəkildə tərk etdiyini bildirib. Bunun ardından Azərbaycan vətəndaş cəmiyyəti təmsilçiləri arasında gedən mübahisə daha da güclənib. Yalnız birmənalı fikir ondan ibarətdir ki, Azərbaycanın bu təşəbbüsdən çıxması ölkə üçün heç də müsbət hadisə deyil. 
 
Bu hadisəyə münasibət bildirən "Financal Times" qəzeti də yazır ki, Azərbaycan hökumətinin Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünü (MSŞT) tərk etməsi Avropaya istiqamətlənəcək multi-milyard dollarlıq qaz layihəsi üçün tələb olunan krediti sual altına qoyub.
 
Qəzet iddia edir ki, Xəzər dənizində yerləşən qaz yataqlarının Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya birləşdirilməsi üçün 46 milyard dollar həcmində layihəyə Azərbaycanın töhfəsi risklə üzləşir: “Bakının təşkilatdan çıxması bu layihənin maliyyə sponsorlarını ticari sövdələşmə ilə şəffaflıq və yaxşı idarəçilik arasında seçim qarşısında qoyacaq”.
 
“Yeni Müsavat”a açıqlamasında bu məsələyə münasibət bildirən Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı Azərbaycanın bu təşəbbüsdən çıxarılması prosesinin məqsədyönlü şəkildə aparıldığını bildirdi: “Mən bir neçə gündür ki, özümə gələ bilmirəm. Azərbaycanın mütləq dərəcədə həmin qurumda qalmasını və oradakı fəaliyyətinin bərpa olunmasını istəyən QHT-lərə nə cür təhqirlər yağdırıldığını siz də gördünüz. Təşkilatın məhz şirkətlərin şəffaflığı, onların reytinqi ilə bağlı udduğumuz qrantı da rüşvət adlandırdılar. Hansı ki, bu qrantdan 5 nəfər ekspert maaş alıb, mədən sənayesində çalışan şirkətlərdə şəffaflıq və hesabatlılıqla əlaqədar qiymətləndirmə hazırlamalı idilər. Mənim ailəmə, qızıma qarşı da xoşagəlməz sözlər yazıldı, ismarış qutuma hədələr gəlməyə başladı. EİTİ nədir? EİTİ siyasətdən uzaq, hasilat sənayesində şəffaflıqla əlaqədar 12 prinsip və standartları olan təşəbbüsdür, beynəlxalq qurum deyil. Təşəbbüsə Azərbaycan ilkin olaraq qoşulub və o zaman güclü koalisiya yarandı. Koalisiya Şurası da mütəxəssislərdən ibarət oldu. Koalisiya Şurası 7 nəfərdən ibarət idi, onlar İnqilab Əhmədov, Sabit Bağırov, Azər Mehtiyev və digərləri idi. Biz prinsiplərə uyğun olaraq işləyirdik. Azərbaycanda 2014-cü ildə bütün QHT-lərə, o cümlədən bu koalisiyanın üzvü olan QHT-lərə vergi cərimələri oldu, hesablar bağlandı. Məhz bu təşəbbüs üzrə beynəlxalq idarə heyətinin prezidenti 2015-ci ildə prezidentlə görüşdü və prezident öz üzərinə müəyyən öhdəliklər götürdü. Bu öhdəliklərin bir qismi yerinə yetirildi, təşkilatların sərhəddə yoxlanılması dayandırıldı, hesablar açıldı, layihələrə start verildi. Amma vətəndaş cəmiyyəti ilə bağlı problemlər tam həllini tapmadı. QHT-lərə lazım idi ki, Azərbaycan o təşəbbüsdə qalsın və QHT-lərlə bağlı problemlər bu qurum vasitəsilə həllini tapsın. O məqsədlə biz toplaşdıq, Beynəlxalq Koalisiyaya müraciət etdik. Onlara göstərdik ki, müəyyən işlər görülüb. Məqsəd o idi ki, Azərbaycan təşəbbüsdə qalsın, sonradan onun vasitəsilə təzyiqlərimizi davam etdirək. 2016-cı ilin aprel ayında Koalisiyada ümumi yığıncaq keçirildi və Koalisiya Şurası siyasi partiyaların nəzarətinə keçdi. Bir il ərzində Koalisiya bu sahə üzrə iş aparmadı. Ancaq siyasi məhbuslara azadlıq məsələsini önə çəkdilər. Xüsusən də AXCP yetkililəri tərəfindən hücumlar başladı. EİTİ prinsiplərindən anlayışı olmayan insanlar çalışdılar ki, Azərbaycan bu təşəbbüsdə qalmasın. Proses məqsədyönlü getdi. Azərbaycanın MSŞT-dən çıxmasını istəyən qruplar buna nail oldu”.
 
Image result for mirvari qəhrəmanlı
 
İqtisadçı ekspert Natiq Cəfərli isə  açıqlamasında bildirdi ki, Azərbaycanın MSŞT-dən çıxması ilə ölkənin kredit reytinqi və investisiya reytinqi aşağı düşəcək: “Nəticədə kredit danışıqlarında çətinliklər olacaq. Hətta kredit versələr belə, faizləri yüksələcək, ölkə yatım üçün cəlbedici olmayacaq. Bu hallar da ölkə iqtisadiyyatına qısa, orta və uzun zamanda ciddi ziyanlar vuracaq. Çünki həm Açıq Hökumət Tərəfdaşlığı, həm MSŞT-də üzvlük Azərbaycanın reytinqinə müsbət təsir göstərirdi. Lakin bu, o demək deyil ki, Azərbaycana xarici kreditlərin verilməsinə tamamilə qadağa qoyulacaq, yaxud da hər hansı formada dayandırılacaq. Ola bilər ki, sadəcə, kredit danışıqları prosesi çətinləşsin. Ölkə olaraq reytinqimiz aşağı düşdükcə, Azərbaycanın götürdüyü kreditlərin faiz dərəcələri artır. Yəni daha yüksək faizlə borclanmağa məcbur ola bilərik. Azərbaycanın MSŞT üzvlüyündən çıxması hökumət və vətəndaş cəmiyyəti üçün heç də yaxşı hal deyil. Gələcəkdə vətəndaş cəmiyyətinin inkişafı və ölkənin kredit reytinqi üçün mənfi məsələlər olacaq. Ona görə də hökumət belə tələsik addım atmamalı, verilən təkliflərə uyğun olaraq müəyyən islahatlar aparmalıdır. Çünki bu, ölkəmizə daha çox lazımdır. Ümid edək ki, emosiyalarla yox, ölkənin gələcəyi üçün düşünülmüş addımlar atılacaq. Azərbaycan hökuməti gələcəkdə MSŞT ilə yenidən əlaqələrin bərpa olunması üçün müəyyən addımlar atacaq”.
 
Image result for natiq cəfərli
 
Kolumbiyanın paytaxtı Boqotada keçirilən toplantıda iştirak edən Qubad İbadoğlu isə hökumətin verdiyi qərarı təkbaşına qəbul etməsindən narazılığını ifadə edib: “Azərbaycanın MSŞT-dən çıxmaq qərarını tələsik və emosional qərar hesab edirəm. Azərbaycan hökuməti hətta belə bir qərar vermək məcburiyyətində qalsa belə, onu təkbaşına qəbul etməli deyildi. Çünki MSŞT üç tərəfli proses olduğundan hökumətin bu təklifi MSŞT üzrə Çoxtərəfli Qrupda müzakirə olunmalı və bu prosesdə iştirak edən digər iştirakçıların da fikri nəzərə alınmalı idi. Azərbaycan hökumətinin bu qərarı təkbaşına verməsini tərəflərə - o sıradan da mədən sənayesi şirkətlərinə və yerli vətəndaş cəmiyyətinə sayğısızlıq kimi qiymətləndirirəm. Azərbaycan hökuməti problemləri həll etməyə deyil, oradan uzaqlaşmağa qərar verib. Bildirirəm ki, bundan bütün tərəflər, beynəlxalq MSŞT, yerli vətəndaş cəmiyyəti, Azərbaycanda fəaliyyət göstərən yerli və xarici mədən sənayesi şirkətləri, eləcə də Azərbaycan hakimiyyəti itirəcək. Bu qərardan demək olar ki, qazanan tərəf olmayacaq. Ən çox itkilərə kimin məruz qalması bundan sonra gedən proseslərdən və Azərbaycanın MSŞT üzrə Hökumət Komissiyasının atacağı növbəti addımlardan asılı olacaq”.
Orphus system Mətndə orfoqrafik səhv aşkar etdinizsə, həmin hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
İmza : Ş.
Teqlər :
"Azərbaycana - kreditlərin - verilməsi - tamamilə - dayandırıla - bilər" -
Paylaş :
Mail Yazdır Şərh yaz 0 dəfə şərh edilib
Tarix:14-03-2017 09:45 - Oxundu: 371
Münasibət
28-04-2017 11:41 Yaz bahalaşması başladı
28-04-2017 10:05 Uşaqlara peyvənd lazımdırmı? - Ölkədə peyvənd həftəsi başladılıb
27-04-2017 14:27 Hər 9 adama 2 avtomobil düşür - Nəqliyyat eksperti
27-04-2017 13:31 Deputat: “Bəzi kafe və restoranlarda sulu qəlyana narkotik qatırlar”
27-04-2017 10:45 Kafelərdə qəlyan, siqaret tüstüsündən nəfəs almaq olmur - Millət vəkili
26-04-2017 16:51 Deputat 40 gün, 40 gecəlik toyların tarixinə toxunub
25-04-2017 17:18 Zahid Oruc: Prezident Administrasiyası ləğv edilmir
25-04-2017 17:06 “Nağdsız hesablaşmalar haqqında” qanun düzgün tətbiq olunmur
25-04-2017 10:54 "Ana və uşaq ölümünün səviyyəsi aşağı düşüb"
24-04-2017 15:59 "Ev əşyalarının vətəndaşdan alınması ağır nəticələrə səbəb olacaq"
24-04-2017 09:48 İŞİD mövqelərini ard-arda itirir, sıraları da seyrəlir - Politoloq
22-04-2017 15:11 Yollardakı sarı zolaqlarda hərəkətin qadağan olunacağı vaxt açıqlanıb
20-04-2017 18:18 Mübariz Qurbanlı: “Yeni məscid tikilsə adı “Hacı Cavad” olacaq”
20-04-2017 09:22 Taksilərə vahid tarif kimə sərfəlidir?
19-04-2017 16:15 "Azərbaycanda icra başçıları ən mədəniyyətsiz zümrəyə çevrilib"
19-04-2017 09:45 "NAZ-lifan"da istehsal dayandı
18-04-2017 14:23 Hüquq müdafiəçisi ilə rəsmi şəxsin qaz mübahisəsi: "Bu absurd fikirdir"
18-04-2017 12:19 "Elə bilirsiz ki, Avropa ölkələrində..." - Əli Hüseynli
17-04-2017 15:12 "Hacı Cavad məscidi ilə bağlı müxtəlif təkliflər var"
14-04-2017 14:05 "İşıq, qaz pulunu artırmaqla büdcəyə pul qazandıra bilməyəcəyik"
13-04-2017 11:05 Şəhid ailələri, Milli Qəhrəmanların övladları... - Sosial mənzil şansı...
12-04-2017 14:11 Dini Komitə və Mədəniyyət Nazirliyi məscidlərin sökülməsinə aydınlıq gətirib
12-04-2017 11:35 Millət vəkili dolların ucuzlaşmasından danışdı
08-04-2017 12:09 Əli Əhmədov: "Bəzi sahibkarlar vicdan hisslərini itiriblər"
07-04-2017 17:50 Dini kəsim Milli Şuranın sabahkı aksiyasına münasibət bildirdi
06-04-2017 11:07 "Məmurlarımızın xaricdə müalicə almaq istəyi..."
05-04-2017 17:13 Yol polisi "saxla" əmrinə tabe olmayan sürücüyə qarşı silah istifadə edə bilərmi? – RƏSMİ CAVAB
05-04-2017 14:18 Kardioloq: “Yeniyetmələr üçün enerji içkiləri böyük təhlükə mənbəyidir”
05-04-2017 10:36 "Məzənnə sabitliyinin uzunmüddətli və dayanıqlı olacağını düşünmürəm
04-04-2017 11:05 "2017-ci ildə mənzil bazarında qiymət artımı gözlənilmir"
31-03-2017 14:40 Mirvari Qəhrəmanlı: “Ancaq köməkçi işlərdə, açıq havada işləyənlər təxliyə olunub”
29-03-2017 14:22 Eldar Namazov AXC liderlərinin KQB ilə əməkdaşlıq etdiyini bildirib
29-03-2017 10:19 Rusiyadakı mitinqlərdən həvəslənib aksiyalar təşkil etmək...
28-03-2017 10:36 Bayram bitsə də, bazarlarda bahalaşma bitmək bilmir
27-03-2017 17:02 Azərbaycanda elmi jurnalistika niyə yoxdur?
27-03-2017 15:54 Dollar yenidən qalxacaq - Millət Vəkili
27-03-2017 14:13 "Düşməni öyrənmək, atdıqları addımların məntiqini hesablamaq lazımdır"
24-03-2017 11:26 Nazir: “Azərbaycanlı tələbələr mütləq gürcü dilini bilməlidir”
22-03-2017 09:26 "Nə vaxtsa görmüsünüzmü ki, cənab prezident əfv sərəncamı versin..."
21-03-2017 14:18 İqtisadçı ekspert Novruz bayramı ərəfəsində qiymətlərin qalxmasını...
16-03-2017 14:21 Marketlərə gedib qiymətlərlə maraqlanmışam - Əli Əhmədov
14-03-2017 09:45 "Azərbaycana kreditlərin verilməsi tamamilə dayandırıla bilər"
13-03-2017 14:59 Deputat pensiyalarla bağlı dəyişiklikləri şərh edib
13-03-2017 09:28 Mənim pensiyam neçə manat olacaq?
11-03-2017 11:07 Əfv siyahısında 20 tanınmış məhbusun adı var
09-03-2017 14:36 Nəqliyat eksperti sürücüləri günahlandırdı: Onların insanlıq...
07-03-2017 15:20 "Azəriqaz” İstehsalat Birliyinin özəlləşməsinin vaxtı çatıb"
06-03-2017 14:43 "Narkotikdən gələn gəliri əldən vermək istəmirlər" - Millət vəkili
06-03-2017 14:19 "Neqodnı"lara pis xəbər - Hərbi xidmətə çağırıla bilərlər
06-03-2017 14:13 Elmar Məmmədyarov BƏƏ-nin "Əl-Fəcr" qəzetinə müsahibə verib
06-03-2017 09:47 Neft hansı həddədək bahalaşacaq - 2017-ci ilin proqnozu
04-03-2017 11:40 Novruz Məmmədov: Ermənistan rəhbərliyinin hansısa məqsədi var
04-03-2017 10:40 Bəli, səhv etmişik, yanlışa yol vermişik - “Azəravtoyol”un sədri
03-03-2017 22:37 İpoteka Fondu səmərəli işləyə bilirmi?
02-03-2017 10:29 Tanınmış iqtisadçılar pensiya yaşının artırılmasını tənqid etdilər
01-03-2017 22:05 Pensiya yaşının artırılması sosial gərginliyi artıracaq - ekspert
01-03-2017 14:14 "Çoxu o vəzifələri elə rüşvət hesabına tutublar"
28-02-2017 15:22 Hüqüqşünas yol polisini İTTİHAM etdi: Qanunla bela rəftar etmək olmaz
28-02-2017 13:04 “Aprel müharibəsinin bütün təfərrüatları bu günədək üzə çıxmayıb”
27-02-2017 09:53 6 ay başa çatır

Xəbər Lenti
Bu gün ən çox oxunanlar


Sorğu
Səs ver Nəticələr

Ölkə Siyasət
Dünya Münasibət
Hüquq İqtisadiyyat
Hərb Təhsil
Araşdırma Analiz
Hadisə, Kriminal Top Secret
İdman Maraq Dünyası
Mənəviyat Ailə-Uşaq
Sağlamlıq Foto
Tarix Video
Texnologiya Mədəniyət
Reportaj Vətən uğrunda
Рейтинг@Mail.ru ® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


Rss - Saytın Xəritəsi - Dizayn : AA Design

Faktxeber.az