Tarix:25-11-2016 11:23
"Azərbaycan üçün 66 inzibati rayon çoxdur, quberniyalar yaranmalıdır"
Şərh yaz
“Xəzər İran təklifi əsasında bölünsə, Neftçalanın sahillərinə qədər hissə İranın suları hesab olunacaq”
 
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədovun APA-ya müsahibəsi.
 
- Ramiz müəllim, 2016-cı ildə Coğrafiya İnstitutunun fəaliyyətini necə qiymətləndirirsiniz?
 
- Bu il prezidenti İlham Əliyevin imzaladığı sərəncama əsasən institutunun alimləri - mən, elmi işlər üzrə direktor müavini Elbrus Əlizadə, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov və coğrafiya elmləri doktoru Zakir Eminov həm müəllifi olduğumuz “Azərbaycan Respublikasının coğrafiyası” üçcildlik monoqrafiyaya görə elm sahəsi üzrə Dövlət mükafatına layiq görülmüşük. Dövlət mükafatı Azərbaycan prezidenti İlham Əliyev tərəfindən mayın 27-də Respublika Günü münasibətilə keçirilən rəsmi qəbulda bizə təqdim olundu. Mən bu mükafatı 2016-cı ildə bizim institutun ən böyük nailiyyəti hesab edirəm. Üçcildlik monoqrafiyada ölkənin coğrafi mövqeyi, geoloji quruluşu, faydalı qazıntıları, iqlimi, daxili suları, torpaq və bitki örtüyü landşaftları, Xəzər dənizinin səciyyəvi xüsusiyyətləri, ölkənin iqtisadi, siyasi və sosial-demoqrafik problemləri,  regionlarının fiziki və iqtisadi coğrafi xüsusiyyətləri və inkişaf perspektivləri araşdırılıb, hərtərəfli tədqiq edilib. Monoqrafiya bir neçə il ərzində ərsəyə gəlib. Coğrafiya İnstitutunun mövcud olduğu 70 il və ondan əvvəlki illərdə Azərbaycan coğrafiyasına aid məsələlər bu kitabda sistemləşdirilib. Bu kitab hamı üçün faydalıdır. Mən fürsətdən istifadə edib, əməyimizə yüksək qiymət verdiyinə görə cənab prezidentə bir daha təşəkkür edirəm.
 
 
- Coğrafiya İnstitutunda noyabrın 25-də onkoloji xəstəliklərin yayılmasında təbii şəraitin rolu mövzusunda elmi müdafiənin olması ilə bağlı elan yerləşdirilib. Bu haqda istərdim ətraflı məlumat verəsiniz...
 
- Bizim institutun aparıcı şöbələrindən biri Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsidir. Bu şöbə əsasən Azərbaycanın müxtəlif ərazilərindəki landşaft vahidlərində hansı dəyişikliklərin baş verdiyini öyrənir. Qeyd etməliyəm ki, şöbə hesabat ilində konkret olaraq Abşeron landşaftlarına olan antropogen təsirlərin öyrənilməsi ilə məşğul olub. Həm institutun, həm Elmin İnkişafı Fondu və SOCAR-ın Elm Fondunun ayırdığı vəsait hesabına Abşeron yarımadasının neftlə çirklənmiş ərazilərinin xəritələri tərtib olunub. Sizin sualınıza gəldikdə isə deməliyəm ki, biz landşaftların çirklənməsi ilə ölkə ərazisində xəstəliklərin yayılması arasında bir korrelyasiya aparırıq. Noyabrın 25-də Dissertasiya şurasında “Onkoloji xəstəliklərin yayılmasına təbii şəraitin təsiri” mövzusunda müdafiə olacaq. Bu həm coğrafi, həm tibbi, həm də sosial tədqiqatdır. Biz bu tədqiqat işi ilə Akademiyanın prezidenti, akademik Akif Əlizadənin irəli sürdüyü “Tədqiqatlar fənlərarası xarakter daşımalıdır” fikrinə dəstək vermiş oluruq.
 
- Qlobal iqlim dəyişiklikləri Azərbaycana təhlükə yarada bilər?
 
- Bildiyiniz kimi, bu gün dünyada iqlim dəyişiklikləri baş verir. Qlobal iqlim dəyişikliklərinin Azərbaycana təsiri qaçılmazdır. Lakin Azərbaycan ərazisində elə də böyük ekstremal hal müşahidə olunmur. Ən dinamik yerlər okeanlardır. Ən çox enerji mübadiləsi okeanlarda gedir və ən ekstremal hallar - tayfun və s. orada müşahidə olunur. Azərbaycanın burada bəxti gətirib. Çünki Azərbaycan materikin dərinliyindədir. Yəni okeanda yaranan aktivlik tədricən transformasiya olunub ölkəyə gəldikdə zəifləyir. Digər tərəfdən, Azərbaycan ərazisinin 60 faizi arid, yəni quraq ərazidir. Bu isə o deməkdir ki, Azərbaycan ərazisi hətta kiçik dəyişmələrə belə həssasdır. Bizim iqlimşünaslar, aqroiqlimşünaslar iqlim dəyişikliklərinin kənd təsərrüfatına, təbii şəraitə təsirini öyrənir. Sizə bir maraqlı məqamı da deyim. Böyük Qafqazın cənub yamacında yerləşən çayların sularının miqdarı dəyişməyib. Göstəricilərə görə dəyişməli idi, lakin dəyişməyib. Bu çox maraqlı nəticədir. Biz bunun səbəblərini araşdırdıq ki, niyə dəyişməyib. Axı  Kür və digər çayların suyunun səviyyəsi azalır.
 
Araşdırma nəticəsində məlum oldu ki, qeyd olunan ərazidə lokal iqlim dəyişikliyi baş verir. Yəni bütün Azərbaycan üzrə yağıntıların miqdarı azalıb, lakin Böyük Qafqazın cənub yamacında yağıntıların miqdarı çoxalıb. Sual verə bilərsiniz ki, niyə çoxalıb? Bu artıq gələcəyin araşdırmasıdır.
 
 
- Siz özünüz də hələ bir müddət əvvəl qeyd etmişdiniz ki, yaxın gələcəkdə Xəzər dənizinin səviyyəsində ekstremal dəyişiklik olmayacaq. Yenə də bu fikrinizdə qalırsınız?
 
- Hazırda Xəzər dənizində gəmimiz olmadığı üçün tədqiqatlar apara bilmirik. Amma tədqiqat aparmaq üçün daha müasir yollardan, kosmik təsvirlərdən istifadə edirik. Mən hər zaman demişəm və yenə deyirəm ki, Xəzər dənizinin səviyyəsinin 1 metr dəyişməsi ekstremal hal deyil. Əsrin əvvəlindən 1978-ci ilə qədər Xəzər dənizinin səviyyəsi 3 metrə yaxın enmişdi. Bu ekstremal hal idi. Xəzər dənizinin bir cazibə səviyyəsi var. Cazibə səviyyəsi təqribən mənfi 28-27 metr arasındadır. Bundan narahat olmağa dəyməz. Sovet vaxtında Xəzər dənizində bütün layihələr bu hündürlüyə hesablanmışdı. Xəzər sahilində istər dövlət təsərrüfatında, istər şəxsi təsərrüfatla məşğul olan hər kəs bir şeyi bilməlidir ki, Xəzər dənizinin səviyyəsinin dəyişmə diapazonu mənfi 26-29 arasındadır. Buradan o tərəfə keçmək lazım deyil. Kim bundan o tərəfə keçəcəksə, bu bumeranq effekti verəcək. Sahil zonasından istifadə zamanı mütləq strategiya olmalıdır.
 
- Xəzərin ekoloji vəziyyətini necə qiymətləndirirsiniz?
 
- Xəzərin ekoloji vəziyyətində intensiv pisləşmə müşahidə olunmur. Abşeronda və Kürün üstündə yerləşən ərazilərdə Azərbaycan dövləti təmizləyici qurğular yerləşdirib. Bu amil çirklənmənin mənbəyini xeyli azaltdı. Bir məsələni qeyd edim ki, Xəzər dənizində transmilli neft şirkətləri daha səliqəli, təmiz işləyir. Bizim neft buruqları, estakadalar köhnədir ki, bunlarda müəyyən problemlər yaranır. Dənizə müəyyən neft axıntıları, sızıntıları olur. Belə hallar var, lakin dövlət də buna qarşı tədbirlər görür.
 
 
- Xəzər dənizi olduqca seysmoaktiv regionda yerləşib. Bəzi mütəxəssislər iddia edir ki, intensiv neft kəşfiyyatı və hasilatı Xəzərdə tektonik plitələrin hərəkətini sürətləndirməklə seysmik şəraiti aktivləşdirir. Bu nə dərəcədə doğrudur?
 
- Əlbəttə ki, kiçik bir ərazidə uzun müddət böyük ölçüdə neftin çıxarılması içəridə bir boşluq yaradır. Plitələr isə həmişə hərəkətdədir, onlar dayanmır. Amma birmənalı şəkildə Xəzər dənizində seysmik şəraitin aktivləşməsinə neft hasilatı səbəb olur demək düz deyil. Bunun ancaq müəyyən payı ola bilər. Plitə çox böyük anlayışdır. Dənizdən milyonlarla barel neft çıxartsan belə, həmin plitəni yerindən tərpətmək olmaz. Xəzər dənizində 2, 3 bal gücündə zəlzələ həmişə olub. Sadəcə, əvvəllər baş verən zəlzələlər ölçülmürdü.
 
- İstərdim Xəzər dənizinin status probleminə də toxunaq. Xəzərin bölünməsi hansı prinsip əsasında aparılmalıdır?
 
- Okeanların, dənizlərin bölünməsi haqda Cenevrə sazişi var. Okeanda olan şelf anlayışını Xəzərə tətbiq etmək olmur. Okeanda şelfin uzunluğu 200-300 kilometr, Xəzərdə isə 10-15 kilometrdir. Hazırda isə əsasən mediana prinsipinə üstünlük verilir. Bu prinsipə əsasən Xəzər sektorlara bölünür. Bu gün qeyri-rəsmi sektorlar var. Bu məsələdə Azərbaycan, Rusiya və Qazaxıstan arasında razılıq var. Bizim problemimiz Türkmənistan və İranladır. Biz deyirik ki, Abşeronun burnu haradadırsa xətt oradan götürülməlidir. Çünki bizim sahil xəttimiz oradır.
 
Türkmənlər təklif edir ki, siz yarımadanı kəsib xətti oradan götürün. Türkmənlərin dediyi kimi olanda onların “Sərdar”, bizim “Kəpəz” adlandırdığımız yataq onların, biz dediyimiz kimi olanda isə həmin yataq hər iki ölkənin ərazisinə düşür. Biz türkmənlərə bu yatağı ortaq işləməyi təklif etmişik. Ümumiyyətlə, Türkmənistanın fikri daim dəyişən olub. İran isə deyir ki, 100%-i 5 yerə bölək, hər dövlətə 20% ərazi düşsün. İndi siz təsəvvür edin ki, Xəzər bu cür bölünsə təqribən Neftçalanın sahillərinə qədər olan sahədə Azərbaycan vətəndaşı ayağını suya sala bilməz ki, bu İranın sularıdır. Dünya praktikasında belə bir şey yoxdur.
 
- Bu il oktyabr və noyabr aylarında düşən yağıntılardan sonra ölkə ərazisində sürüşmə sahələrinin sayı artıb. Sürüşmə sahələri ilə bağlı tədqiqatlar davam etdirilir?
 
- Son dövrlərdə yağan yağışlardan sonra yeni sürüşmə sahələri əmələ gəlib. Bizim institutun əməkdaşları tərəfindən Abşeron yarımadasında sürüşmə sahələrinin xüsusiyyətləri öyrənilir. Həmin sürüşmə sahələrinin xəritələri tərtib olunaraq Bakı Şəhər İcra Hakimiyyəti və digər aidiyyəti qurumlara təqdim olunacaq. 
 
- Bir müddət əvvəl Avropa və Asiyanı bölən sərhəd xəttinə dair yeni təklif irəli sürmüşdünüz. Bu təklifin reallaşması istiqamətində müvafiq addımlar atılacaq?  
 
- Bizim apardığımız tədqiqatlara əsasən Azərbaycan ərazisinin təqribən 1/16 hissəsi Avropaya düşür, Azərbaycan da transkontinental ölkə olur. Qitələrin bölgüsündə okeanlar, dənizlərdən ibarət su və quru sərhədləri mövcuddur. Dağların su-ayrıcları, onların davamı kimi çaylar əsas götürülür.
 
O vaxt bölgü düzgün aparılmayıb, xətt Kuma-Manıç çökəkliyindən keçirilib. Bizim apardığımız bölgüdə qitələrin bölünməsinin coğrafi əsaslar var. Biz bu təklifin reallaşması üçün çalışacağıq.
 
- AMEA-nın İqtisadiyyat İnstitutunun alimləri Azərbaycanın inzibati ərazi bölgüsünün dəyişdirilməsinin vacibliyini qeyd edib. Sizin bu istiqamətində hansısa təklifləriniz var?
 
- Mən bu fikri hələ 10 il bundan qabaq demişəm. Azərbaycan üçün 66 inzibati rayon çoxdur. Yaxşı olar ki, Azərbaycan quberniyalara bölünsün. Mövcud Abşeron, Quba-Xaçmaz, Dağlıq Şirvan, Şəki-Zaqatala, Aran, Gəncə-Qazax, Yuxarı Qarabağ, Kəlbəcər-Laçın və Lənkəran iqtisadi rayonların əsasında 10 quberniyanın olması daha məqsədəuyğundur.
 
- “Azərbaycan Respublikasının fövqəladə hallar atlası”nın nəşri ilə bağlı hansı işlər aparılır?
 
- Biz artıq 13 yol xəritəsi hazırlamışıq və bəzi baza xəritələri üzərində işləmişik. Orada biz təbii və texnogen fövqəladə halların həyatın hansı sahələrində özünü göstərdiyini qeyd etmişik.
 
 
- Azərbaycanda, iqlimdə quraqlıqlaşma meylinin artması müşahidə olunur?
 
- Əvvəla qeyd edim ki, bu il noyabrın son günlərində Azərbaycan ərazisində müşahidə olunan hava anomaldır. Digər tərəfdən isə, Azərbaycan ərazisində quraqlaşma meylinin artması dediyiniz kimi müşahidə olunmaqdadır. İstiləşmənin orta qiyməti 0,7 - 0,8 dərəcədir. Bəzi yerlərdə, xüsusən qərb regionlarımızda bu 1,5 dərəcədir. Lakin hər yerdə eyni deyil. Bura mövcud coğrafi şərait və başqa amillər təsir edir. 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
İmza : Ş.
Teqlər :
"Azərbaycan - üçün - 66 - inzibati - rayon - çoxdur, - quberniyalar - yaranmalıdır" -
Paylaş :
Mail Yazdır Şərh yaz 0 dəfə şərh edilib
Tarix:25-11-2016 11:23 - Oxundu: 495
Münasibət
25-02-2017 12:55 Baş nazirin müavini: "Ordunuz hazırdır!"
24-02-2017 10:04 "Mən Qarabağı ermənilərdən təmizləyəcəkdim, qoymadılar"
23-02-2017 15:24 "Şərq qapısı" qəzetindən Vasif Talıbov AÇIQLAMASI
23-02-2017 13:00 FOX TV-nin Azərbaycanda yayımının dayandırılmasına rəsmi münasibət
23-02-2017 10:24 Ətin qiyməti niyə qalxır: Pozitiv bir söz söyləmək çətindir
21-02-2017 11:11 Təhsil ekspertləri məktəb dərsliklərindəki faciəvi şeirləri haqda...
21-02-2017 10:08 Azərbaycan qazı xaricə öz vətəndaşlarından ucuz satır?
20-02-2017 12:56 "Semaşko"da bütün tibbi xidmətlər pulsuzdur
20-02-2017 11:00 "Mənim işim-gücüm qurtarıb ki, bunu əzbərləyim?"
20-02-2017 09:11 Zəlzələdən ziyan çəkənləri aldadıb pullarını da alıblar
18-02-2017 12:28 "Yaxşı olardı nazir həmin rəqəmləri əvvəl yerli ictimaiyyətə açıqlayaydı"
18-02-2017 10:44 Tanınmış politoloq niyə məhz Bakının seçilməsini şərh etdi
17-02-2017 11:47 Əfvlə bağlı yeni xəbər: Müraciətlərə müsbət rəy verilib
17-02-2017 10:46 "Sekuta getsəydi, atalar demişkən, üzüyünün qaşı düşməyəcəkdi"
17-02-2017 10:28 Baş Nazir son hesabata hazırlaşır, Nazirlər Kabineti buraxıla bilər
16-02-2017 15:05 “Uşaqların avtomobildə daşınması qaydaları ilə bağlı qanunda boşluq var” - Ekspert
16-02-2017 12:44 Uşağın kompüterin qarşısında sakit oturması müsbət hal deyil
16-02-2017 11:48 Dollar bahalaşanda dərman da bahalaşacaq - RƏSMİ
16-02-2017 09:57 Sürücülər üçün yeni qaydaların faydası nədir?
16-02-2017 09:42 Arif Əsgərov üçün həbs təhlükəsi - 48 milyonluq yeyinti
14-02-2017 10:42 Bank rəhbəri: Xarici valyutaya bağlıyıq
13-02-2017 22:28 Daha hansı nazirliklər ləğv oluna bilər? - TƏKLİF
13-02-2017 10:53 "Kliniki Tibbi Mərkəzdə struktur dəyişikliyi olacaq"
13-02-2017 10:46 Gürcüstana keçən taksilərə xüsusi nəzarət olacaq
13-02-2017 09:23 QHT-lərə yeni qaydalar gəlir
11-02-2017 11:03 İnşaat sektorunda şərtlər yüngülləşdirilir
09-02-2017 11:33 "Fatimeyi Zəhra" məscidi ilə bağlı məsələ məscidin xeyrinə həll olunub"
09-02-2017 11:05 Bədbəxt hadisə və yaxud da peşə xəstəliyi baş verirsə nə etməli?
09-02-2017 09:48 Hökumət kompensasiyaları niyə ödəmir?
08-02-2017 14:09 Ötən il ARDNF-nin büdcəsində 500 mln. dollarlıq profisit yaranıb
08-02-2017 11:36 Mədən Sənayesində Şəffaflığın Artırılması Şurasında nə baş verir?
07-02-2017 15:31 Manatın bu qədər ucuzlaşması sahibkarlar üçün problem yaradacaq
07-02-2017 15:00 YAP-çı deputatdan Jirinovskiyə cavab: Bu, Rusiyanın mövqeyi deyil
07-02-2017 13:00 Dollara tələbi necə dəyişək?
07-02-2017 11:59 "İntihar kabusu": Doğmalıq, qohumluq kimi dəyərlər itməyə doğru gedir
07-02-2017 09:32 Ekspert ölkəmizi təhdid edən terrorçulardan danışdı...
07-02-2017 09:13 İslam Oyunlarına gələ bilməyəni gətirməyə Bakı pul verir?
06-02-2017 14:15 Bir fotoyla məşhurlaşan müəllim - "Mənə şər atırlar"
06-02-2017 10:03 Trampın imzaladığı qadağaların Azərbaycan vətəndaşlarına...
06-02-2017 09:39 "Heç vaxt indiki kimi bahalaşma olmamışdı" - Dərman alıcıları
04-02-2017 11:23 Rusiya Gürcüstanın seçiminə hansı reaksiyanı verəcək?
04-02-2017 10:27 Dollar ucuzlaşır – müvəqqəti, yoxsa...
03-02-2017 14:24 "Fatimeyi Zəhra" məscidi barədə vəkil və komitə nümayəndəsi danışdı
03-02-2017 14:17 YAP-çı deputat: "Molla deyir ki..."
03-02-2017 10:31 "Müxalifət partiyaları hesabat versin" tələbinə əks düşərgədən cavab...
03-02-2017 10:15 Xarici ölkələrdən gələn zənglərin səbəbi nə ola bilər?..
03-02-2017 09:43 11 ildir qəbul olunmayan Rəqabət Məcəlləsi - SƏBƏB
02-02-2017 13:15 Rəis müavini: “Bələdiyyələr torpaqları “su qiyməti”nə satırlar”
02-02-2017 09:53 Böyük sərvətə sahib məmurlar pullarını ölkədən çıxarırlar - Ekspert
31-01-2017 10:44 Məcburi köçkün yataqxanalarında sayğaclar quraşdırılmağa başlandı
28-01-2017 11:13 Məcburi köçkünlərin sayğac üsyanına iki fərqli münasibət
28-01-2017 11:02 Dollar manatın “nəfəsini kəsir”-Elman Rüstəmov bankirləri topladı
27-01-2017 13:11 "İqtisadi cəhətdən fəal olan 3 mln. nəfər hardadır?"
27-01-2017 09:51 Süni qidanı həkim təyin etməlidir - Pediatr
26-01-2017 10:54 İntihara ən çox meyilli üç peşə sahibi
26-01-2017 10:01 Elmar Məmmədyarovun kritik Moskva səfərinin pərdəarxası
24-01-2017 10:57 İqtisadçılar minimum əmək haqqı barədə danışdılar: Artım cüzidir, lakin...
24-01-2017 10:14 Amerikadakı həbslərə azərbaycanlı hüquq müdafiəçilərinin münasibəti
23-01-2017 11:08 "Vətəndaşlarımız öz pullarını evlərdə və seyflərdə saxlayırlar"
23-01-2017 10:00 Dünyada yeni düzən formalaşır - Politoloq Eldar Namazov

Xəbər Lenti
Bu gün ən çox oxunanlar

Cəbhədə şəhidlərimiz var - RƏSMİ
25-02-2017 10:19
"Yaxın saatlarda aprel döyüşləri təkrarlana bilər"
25-02-2017 11:10
Azərbaycan televiziyalarında yenə çal-çağırdır - FOTO
25-02-2017 11:44
Ərəblərin Azərbayacana üz tutmasının 3 SƏBƏBİ
25-02-2017 12:09
Ukraynada hərbi hissədən biabırçı görüntülər - VİDEO
25-02-2017 11:51
Polkovnik Baxışov: "Ermənilərin əsas hədəfi Nərgiz təpədir"
25-02-2017 12:13
Məhəmməd Əlinin oğlu Florida aeroportunda saxlanılıb
25-02-2017 11:08
Dünən gecə cəbhədə çox gərgin olub
25-02-2017 10:16
Venesuela BMT-də səsvermə hüququndan məhrum edildi
25-02-2017 10:23
ABŞ-ın vitse prezidenti İsrailə dəstək mesajında gülünc vəziyyətə düşdü
25-02-2017 11:17
Sorğu
Səs ver Nəticələr

Ölkə Siyasət
Dünya Münasibət
Hüquq İqtisadiyyat
Hərb Təhsil
Araşdırma Analiz
Hadisə, Kriminal Top Secret
İdman Maraq Dünyası
Mənəviyat Ailə-Uşaq
Sağlamlıq Foto
Tarix Video
Texnologiya Mədəniyət
Reportaj Vətən uğrunda
Рейтинг@Mail.ru ® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Firefox 3.6+, GoogleCrome10+, Opera 9+, Macromedia Flash, 1360 x 768

Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


Rss - Saytın Xəritəsi - Dizayn : AA Design

Faktxeber.az