Xəbər Lenti

Sorğu

Arxiv

İnfografika

09 Yanvar

2017
10:42
533
Üç aviareys təxirə salınıb

Bir neçə xarici ölkədən Azərbaycana yerinə yetirilməli olan aviareyslər təxirə salınıb.

 

"ATA Airlines" aviaşirkəti tərəfindən saat 00:30-da yerinə yetirilməli olan Təbriz-Bakı aviareysi təxirə salınıb.

 

Bununla yanaşı, İstanbulun "Atatürk" hava limanından Bakıya yerinə yetirilməli olan aviareys də təxirə salınanlar arasındadır. Aviareys "Türk Hava Yolları" (THY) aviaşirkəti tərəfindən saat 01:50-də yerinə yetirilməli idi.

 

"FlyDubai" aviaşirkəti isə saat 00:42-də yerinə yetirilməli olan Dubai-Bakı aviareysini təxirə salıb.

 

İstanbul-Bakı aviareysinin təxirə salınmasına səbəb Türkiyə ərazisində hökm sürən əlverişsiz hava şəraitidir. Digər aviareyslərin təxirə salınmasının səbəbi bəlli deyil. (APA)

Orphus system Mətndə orfoqrafik səhv aşkar etdinizsə, həmin hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Məqalədə : aviareys təxir 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com