Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

24 Fevral

2016
13:20
4540
`ABŞ-ın Suriya hökuməti ilə müharibəsi 2000-ci ildən başlayıb`
Qətər layihəsindən imtinadan dərhal sonra ABŞ, Səud və İsrail rejimi Suriyada üsyan hazırlamağa və müxalifəti maliyyələşdirməyə başladılar

ABŞ-ın Bəşər Əsədi devirmək kampaniyası üçün həlledici qərar, Suriya prezidentinin  Qətərdən Avropaya  qaz kəmərinin tikilişindən imtina etməsi ilə oldu. FaktXəbər-in verdiyi məlumata görə, bu barədə  ABŞ-ın sabiq prezidentinin qardaşı oğlu, hüquqşünas və publisist Kiçik Robert Kennedi Politico jurnalına müsahibəsində bildirib.

Kiçik Robert Kennedi

"Bizim Bəşər Əsədə qarşı müharibəmiz 2011-ci ildə "ərəb baharı" etirazları ilə deyil, 2000-ci ildə  Qətərin  Səudiyyə Ərəbistanı, İordaniya, Suriya və Türkiyədən keçən 10 milyard dollarlıq  qaz kəməri tikmə təklifi ilə başlayıb", - deyə Kennedi bildirib.

Müəllifin sözlərinə görə, bu  qaz kəməri Fars körfəzində vəhabi krallığına dünya qaz bazarında həlledici üstünlük verə və ABŞ-ın  regionda yaxın müttəfiqi Qətəri gücləndirə bilərdi. O, məhz  bu ölkədə Amerikanın iki böyük hərbi bazasının və ABŞ-ın Yaxın Şərqdə  Mərkəzi Komandanlığının Mənzil Qərargahının yerləşdiyini vurğulayıb.

"Rusiya maraqlarını qoruyan Suriyanın dövlət başçısı Bəşər Əsəd  qaz kəmərinin tikintisi barədə  sazişi imzalamır və seçimini İrandan Livana gedən kəmərə edir. Bu layihə Qətəri deyil, şiə İranını Avropaya  əsas qaz təchizatçısı edirdi, bu isə sünni ərəb Şərqinin  maraqlarına zidd idi. Qətər layihəsindən imtinadan dərhal sonra  ABŞ, Səudiyyə Ərəbistanı və İsrail xüsusi xidmət orqanları dərhal Suriyada hakimiyyəti devirmək üçün üsyan hazırlamağa və müxalifəti maliyyələşdirməyə başladılar", deyə Kennedi məxfi hesabatları təqdim edib.

Onun sözlərinə görə, MKİ  Əsədin devrilməsinin xeyrinə süjetlər hazırlamaq üçün Britaniyanın Barada telekanalına  60 milyon dollar köçürüb.

Müəllif, bununla belə, Suriya hökumətinin vəhabi monarxiyasından qat-qat azad ölkə olduğunu vurğulayıb: "Suriya başında plüaristlərin olduğu  inkişaf etmiş dünyəvi dövlət idi, Əsəd özü isə  liberallaşdırmanın tərəfdarı idi və 11 sentyabr hadisələrindən sonra  MKİ-yə vacib məlumatları təqdim edirdi".

2013-cü ildə neft-qaz maraqları gündəmdə olan vəhabi  monarxlar ABŞ-ın Suriya  liderini devirəcəyi halda Vaşinqtonun bütün xərclərini  ödəməyi təklif edirlər. "Əslində onlardan bəziləri  bəyan etmişdi ki, əgər ABŞ bizim digər yerlərdə (İraqda) etdiyimiz kimi bütün işləri görsə, onlar bütün xərcləri öz üzərinə götürəcəklər", - deyə  ABŞ Dövlət Katibi Con  Kerri  Konqresdə dinləmələr zamanı etiraf etmişdi. Əsədin devrilməsində ən maraqlı olan Qətər  qiyamın hazırlanması  üçün 3 milyard dollar qoyur  və öz ərazisində  silahlılara təlim keçmək üçün Pentaqonu dəvət edir.

ABŞ Dövlət Katibi Con  Kerri 

"(Qərb-red.) KİV-lərində "zalım Əsəd rejiminə qarşı mülayim ərəb oyanışı" obrazının təqdim edilməsinə baxmayaraq, Amerika kəşfiyyatının strateqləri lap əvvəldən bilirdilər ki,  Suriya və İraqda sünni regionlarında özlərinə xilafət yaradacaq radikal terrorçuların əlləri ilə fəaliyyət göstərirlər", - deyə Kennedi bildirib.

MKİ  elə 1947-ci ildə yarandığı gündən bəri, Amerikanın neft və qaz maraqlarına görə, radikal qruplaşmalardan Yaxın Şərqdə hakimiyyətləri devirmək üçün istifadə edib, - deyə müəllif vurğulayıb. Onun sözlərinə görə, Amerika rəhbərliyi  radikal qüvvələri  Sovet İttifaqına qarşı etibarlı rəqib hesab edib. 1957-ci ildə  ABŞ Suriyada demokratik şəkildə seçilmiş dünyəvi hökuməti devirmək üçün uğursuz cəhd edir və bununla da dayanmır. 

""Cinayətkar neft qruplaşması" İŞİD-in  yaranması da Amerikanın uzun müddətli müdaxiləsinin nəticəsidir"- deyə Kennedi fikirlərini yekunlaşdırıb.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru