Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

04 Aprel

2014
17:07
10258
`20 Yanvar` dairəsindən `Şamaxinka`ya olan məsafə: 6 km
Bu hələ harasıdır, Xırdalan dairəsindən Avtovağzala da 10 km məsafə var imiş, inanmırsınız?

Magistral yollarda quraşdırılan məlumat löhvələri ilə bağlı  FaktXəbər-in redaksiyasına şikayət daxil olub.  Vətəndaşların şikayəti lövhələrdə məsafənin düzgün göstərilməməsidir.  Onlar bildirirlər ki, Bakıdan Sumqayıta yolun məsafəsi lövhədə 30 kilometr göstərilməyinə baxmayaraq, bu məsafə 30 km-dən azdır. 

Məsələ ilə bağlı Nəqliyyat Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxladıq. Mətbuat xidmətinin rəhbəri Namiq Həsənov bildirdi ki, magistral yollarda quraşdırılan məlumat lövhələrində məsafə düzgün göstərilib. Namiq bəy onu da əlavə etdi ki, Bakının sərhədi şəhərin çıxışlarında lövhələr üzərində qeyd edilib. Məsələn, Bakının şimal sərhədi və sıfır kilometri magistral yolla Beynəlxalq Avtovağzalın kəsişdiyi yerdə lövhə ilə göstərilib.

FaktXəbər olaraq, biz də Bakı-Sumqayıt magistralındakı quraşdırılan löhvələrdə məsafənin düzgün olub-olmadığını araşdırdıq. Hazırladığımız reportajı izləyək:

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-12-2017 08:25

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru