Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

18 Mart

2017
20:56
878
"NazLifan" istehsalı dayanır

Altıncı aydır ki, Naxçıvan avtomobil zavodunda “NAZLifan” minik avtomobili yığılmır. Dövlət Statistika Komitəsi (DSK) bu müəssisədə yeni avtomobilin konveyerdən çıxmasına dair son məlumatı ötən ilin oktyabrında verib.

Zavod direktorunun müavini Polad Sadıqov “Azadlıq” radiosuna təzəliklə avtomobil yığılmasına başladıqlarını söyləsə də, Çindən neçə avtomobil üçün komplektləşdirici sifariş verildiyi barədə sualı cavablamaqda çətinlik çəkib və yazılı müraciət etməyi xahiş edib.

Ötən il Naxçıvanda 270 avtomobil yığılıb, istehsal 62,8 faiz azalıb. “NAZLifan” avtomobillərinin 121 ədədi satılmamış qalıb. Əvvəlki illərdə bu avtomobillər, əsasən, Qarabağ savaşı əllillərinə verilib.

Gəncə avtomobil zavodunda da  ilin əvvəlindən traktor və yük avtomobili buraxılmayıb. Qoşqu istehsalı isə hələ oktyabrdan dayandırılıb. DSK bu zavodda, hələlik, yalnız kommunal avtomobillərin yığıldığını bildirir. Zavodun özündə isə istehsal prosesinin dayanmadığında israr ediblər. (Modern.az)

Система Orphus Mətndə orfoqrafik səhv aşkar etdinizsə, həmin hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru