Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

11 Yanvar

2017
19:11
778
``Nardaran işi``ndə təqsirləndirilənlər son söz söyləyiblər

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi fasilədən sonra davam etdirilib.

Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərdən Taleh Bağırov, Aqil İsmayılov, Abbas Hüseynov, İbrahim Xudaverdiyev və Cabbar Cabbarov  son söz deyiblər.

Meydan TV-nin məlumatına görə, daha sonra Fuad Qəhrəmanlı, Əli Nuriyev və Abbas Quliyevin vəkili Fəxrəddin Mehdiyev çıxış edib. Vəkil bildirib ki, F. Qəhrəmanlı ailə üzvlərilə görüşə bilmir. O, buna şərait yaradılmasını xahiş edib, müdafiə etdiyi şəxslər barəsində bəraət hökmünün çıxarılmasını istəyib:

"İttihamlar əsassızdır. Cinayət işində faktlar uydurmadır, məntiqsizdir. Fuaddan başqa digərlərinə işgəncə verilib. Hətta buna görə Abbas Quliyev özünə qəsd etmək istəyib. Həbs ifadə azadlığı ilə bağlıdır. Fuad Qəhrəmanlının çıxışlarında talan, zorakılıq olmayıb. İttihamlar absurddur. Fuad Qəhrəmanlı intellektual insandır, ekspert kimi fikrini bildirib. Əli Nuriyev isə sinir xəstəsidir, ailəlidir, azyaşlı uşağı var və heç kimi öldürməyib. Hər üç şəxsə bəraət verilməli, iş bağlanmalıdır".

Vəkil həmiçinin polislərin zorakılığı ilə bağlı qərar qəbul edilməsini istəyib.

Digər vəkil Fariz Namazlı isə deyib ki, əməliyyata rəhbərlik edən Kərim Əlimərdanov onların yaddaşında təzadlı insan kimi qalıb:

"Deyirlər, Kərim Əlimərdanov namaz qılır. Necə olur həm də işgəncə verir? Çoxlu suallarımız var idi. Lakin o, prosesə gəlmədi. İttihamlar saxtadır. Abbas Hüseynovun telefon danışıqları dinlənilib. Orada heç nə yoxdur. Əgər onlar günahkardısa, onda onları müdafiə edən vəkillər və dəstəyə gələnlər də günahkardır. Bu şəxslərin arxasında Allah dayanıb. Sizin kölgəsinə sığındığınız adamlar isə bir gün sizə xəyanət edəcəklər".

Vəkillərdən Cavad Cavadlı təqsirləndirilən şəxslərin əməllərində cinayət təqibi olmadığını söyləyib: "26 noyabr Azərbaycan tarixində qara ləkə kimi qalacaq. Cəmiyyətdə çaşqınlıq var idi. Ancaq zaman hər şeyi həll etdi. Sizin verəcəyiniz qərar siyasidir. Yerinizdə olmaq istəməzdim. Anlayırıq ki, siyasi məhkəmədir və tam da olmasa ədalətli qərar gözləyirik. Bəraət hökmünün çıxarılmasını istəyirəm".

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru